Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Reuters": Aİ Rusiya aktivlərindən 5,2 milyard avro məbləğində gəliri müsadirə edə bilməyəcək
"Reuters": Aİ Rusiya aktivlərindən 5,2 milyard avro məbləğində gəliri müsadirə edə bilməyəcək

Avropa İttifaqı yaxın gələcəkdə Rusiyanın dondurulmuş suveren aktivlərinin 2022-2023-cü illər üçün 5,2 milyard avro həcmində yenidən investisiyasından əldə etdiyi gəliri müsadirə edə bilməyəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya vəsaitlərinin ekspropriasiyası mexanizminin yaradılmasında iştirak edən avropalı rəsmiyə istinadən "Reuters" agentliyi məlumat yayıb.

"Avropa İttifaqı qlobal faiz dərəcələrindəki dəyişikliklərdən asılı olaraq 2024-2027-ci illərdə Rusiya aktivlərindən 15-20 milyard avro gəlir əldə etməyə ümid edir", - deyə Avropa rəsmisi Avropa Komissiyasının martın 21-22-də keçiriləcək Aİ sammitində baxılmaq üçün hazırladığı bu gəlirlərin çıxarılması mexanizmi layihəsini şərh edərkən qeyd edib.

“Müharibənin əvvəlindən bu ilin fevralına qədər Aİ-də dondurulmuş aktivlərdən (təxminən 190 milyard avro məbləğində) gəlir 5,2 milyard avro təşkil edib. Bununla belə, Aİ yalnız bu il fevralın 12-də dondurulmuş aktivlərdən əldə edilən gəlirin statusu ilə bağlı qərar qəbul edə bildiyindən, ondan əvvəl əldə edilən gəlirin retrospektiv olaraq geri alınması çox çətin olacaq, bu, nəzəri cəhətdən yalnız müharibə başa çatdıqdan və yekun nizamlanmadan sonra mümkün olacaq”, - deyə rəsmi qeyd edib.

O, bunu dəqiqləşdirmməyib ki, bu 5,2 milyard avronu Rusiyadan deyil, bu vəsaitləri artıq 2022 və 2023-cü illər üçün əməliyyat mənfəətində qeyd etmiş və Belçika dövlətinə vergi ödəmiş Belçikanın "Euroclear" depozitarından “çıxarmaq çox çətin olacaq”. Avropa Komissiyası fevral ayında Rusiya Federasiyası Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən gəlirin “Rusiyaya aid olmadığını” bəyan etmişdi.

Avropa mənbələrinin məlumatına görə, Avropa Komissiyası Aİ-nin qarşıdan gələn sammitində təklif etmək niyyətindədir ki, Rusiya Federasiyası Mərkəzi Bankının aktivlərindən əldə edilən gəlir 100%-ə yaxın Avropa vergisinə cəlb edilsin, ondan gələn vəsait dərhal Avropa Komissiyasının sərəncamına veriləcək.

Eyni zamanda, Avropa Komissiyasının müxtəlif departamentləri bu pulların istifadəsini fərqli görürlər. Belə ki, Avropa Komissiyası rəhbərinin büdcə məsələlərinə cavabdeh olan birinci müavini Valdis Dombrovskisin sözlərinə görə, bu vəsaitlər Ukraynaya fevralın 1-də qəbul edilmiş 2027-ci ilə qədər 50 milyard avro dəyərində büdcə yardımı proqramını qismən maliyyələşdirmək üçün istifadə oluna bilər. Aİ diplomatik xidmətinin rəhbəri Josep Borrell və daxili bazar üzrə Avropa komissarı Thierry Breton fərqli fikirdədirlər, onlar bu pulun Kiyev üçün silah istehsal edəcək Aİ-nin müdafiə sənayesinə yatırılmasını tələb edirlər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »