Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp namizədliyi qazanmaq üçün lazım olan səsləri toplayıb
Tramp namizədliyi qazanmaq üçün lazım olan səsləri toplayıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq üçün lazımi sayda nümayəndə səsini qazanıb.

Bizimyol.info xəbər verir ki, bunu çərşənbə axşamı "CNN"in təqdim etdiyi proqnoz sübut edir.

"CNN"in məlumatına görə, Tramp çərşənbə axşamı Vaşinqton, Corciya və Missisipi ştatlarında keçirilən ilkin seçkilərdə qalib gəlib və bu, ona indiyədək 1219 nümayəndənin dəstəyini qazandırıb.

Belə ki, Respublikaçılar Partiyasının qaydalarına əsasən, partiyadan namizəd kimi irəli sürülmək üçün iddiaçı 1215 nümayəndənin səsini almalıdır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »