Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"28 May" metro stansiyası və Dəmiryol vağzalının ətrafı fərdi minik avtomobillərindən "təmizləndi" - Video
"28 May" metro stansiyası və Dəmiryol vağzalının ətrafı fərdi minik avtomobillərindən "təmizləndi" - Video

Dünəndən etibarən Bakı Metropoliteninin "28 May" metro stansiyası ətrafında, eyni zamanda Dəmiryol vağzalının yaxınlığında fərdi minik avtomobillərinin parklanması və ərazidən keçidi qadağan olunur. Məsələ ilə əlaqədar Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən müvafiq qərar qəbul edilib. Dövlət Yol Polisinin əməkdaşları ərazidə xidmət aparır və burada avtomobil park edən vətəndaşlara xəbərdarlıq edilir.

Bizimyol.info xəbər verir ki, ərazidə sıxlığın qarşısının alınması, eynin zamanda piyadaların və ictimai nəqliyyatın manesiz hərəkəti üçün şərait təmin edilib.

Bizimyol.info xəbər portalı ərazidən çəkilmiş videogörüntünü təqdim edir:

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »