Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İordan çayının qərb sahilində bir küçə Qəzza üçün özünü yandıran ABŞ əsgərinin adını daşıyır
İordan çayının qərb sahilində bir küçə Qəzza üçün özünü yandıran ABŞ əsgərinin adını daşıyır

İşğal altındakı İordan çayının qərb sahilindəki Yerixo şəhərində ABŞ ordusunun İsrailin Qəzzada hərəkətlərinə tərəf olmayacağını deyərək özünü yandıran və həyatını itirən amerikalı əsgər Aaron Buşnellin adı küçəyə verilib.

Bizimyol.info xəbər verir ki, Jericho Bələdiyyə Başçısı Əbdül Kərim Sidr, dünən küçə lövhəsinin açılışı üçün təşkil edilən mərasimdə etdiyi çıxışda, 25 yaşlı Buşnellin Fələstin üçün canını, həyarını fəda etdiyini söyləyib.

Sidr: "Biz onu tanımırdıq, o da bizi tanımırdı. Aramızda heç bir sosial, iqtisadi və siyasi əlaqə yox idi. Bizim

onunla paylaşdığımız ortaq düşüncə, azadlıq eşqi və bu hücumlara qarşı durmaq istəyidir", - deyə qeyd edib.

Yerixo Bələdiyyə Şurasının üzvü Amani Rayan Buşnellin Qəzza üçün ən qiymətli şeyini fəda etdiyini və bütün əmanətlərini fələstinli uşaqlara bağışladığını xatırladıb. Fevralın 24-də İsrailin Vaşinqtondakı səfirliyi qarşısında ABŞ Hərbi Hava Qüvvələrində aktiv xidmətdə olan 25 yaşlı Aaron Buşnel: “Mən daha soyqırım cinayətində iştirak etməyəcəyəm”, - deyib. Daha sonra başına benzin tökərək özünü yandırıb.

Hərbi formasını geyinən Buşnel nəfəsi kəsilənə qədər “Fələstinə azadlıq” qışqırıb. Səfirliyin polis məmurlarından biri silahını alova bürünmüş Buşnelə doğrultaraq gözləyib, digər polis isə: “Bizə tapança yox, yanğınsöndürən lazımdır”, - deyərək alovu söndürməyə çalışdığı görülüb.

Böyükşəhər Polis İdarəsi Buşnellin özünü yandırdıqdan sonra öldüyünü açıqlayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »