Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rumıniya polisi insan alverində ittiham olunan Teyt qardaşlarını yenidən saxlayıb
Rumıniya polisi insan alverində ittiham olunan Teyt qardaşlarını yenidən saxlayıb

Rumıniya polisi çərşənbə axşamı gecə Britaniya hakimiyyətinin verdiyi iki həbs qərarı əsasında Endryu və Tristan Teyt qardaşlarını 24 saat saxlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Agerpress" agentliyi məhkəmədəki mənbələrə istinadən məlumat yayıb.

“Martın 11-də saat 23:15 radələrində Cinayət Axtarış Xidməti, Xüsusi Əməliyyatlar Xidmətinin polisi və Voluntari bölgəsinin polisi Böyük Britaniyanın Birləşmiş Krallıq ədliyyə orqanları tərəfindən seksual xarakterli cinayətlər törətmək, bir sıra şəxsləri istismar etmək ittihamı ilə verilmiş iki Avropa həbs orderini icra ediblər. Hər iki şəxs Buxarest Kassasiya Məhkəməsinin prokurorunun qarşısına çıxarılıb və onların barəsində 24 saatlıq həbs qərar verilib”, - deyə agentlik İlfov Rayon Polis Müfəttişliyinin mesajına istinadən xəbər verir.

Agentlik qeyd edib ki, saxlanılan şəxslər Buxarest Baş Polis İdarəsinin təcridxanasına yerləşdirilib.

Britaniyalı keçmiş kikboksçu və blogeri Endryu Teyt və onun qardaşı Tristan 2023-cü ildə Rumıniyada saxlanılıb. İyun ayında prokurorlar mütəşəkkil cinayətkar qrup yaratmaq, insan alveri və zorlama ittihamları ilə onların işlərini məhkəməyə göndəriblər. Xüsusilə, qardaşlar gənc qadınları şirnikləndirib, Buxarest ətrafında təcrid olunmuş evlərə aparıb və pornoqrafik materialların istehsalı və alveri üçün cinsi istismara məruz qoyublar. Onlar avqust ayında ev dustaqlığından azad ediliblər, lakin onlara Rumıniyanı tərk etmək qadağan edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »