Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Kapitoli məhbuslarını azad edəcəyinə söz verib
Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Kapitoli məhbuslarını azad edəcəyinə söz verib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bu il keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə, 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumda iştirak edən tərəfdarlarını həbsdən azad edəcəyinə söz verib.

Bizimyol.info xəbər verir ki, bu barədə Tramp özünün "Truth Social" platformasındakı hesabında yazıb.

"Sizin növbəti Prezidentiniz kimi mənim ilk hərəkətlərim: sərhədi bağlamaq və qanunsuz həbsdə olan Kapitoliyə hücümla bağlı (Yanvarın 6-da Kapitoliyə hücumda iştirak edənləri) həbs olunanları azad etmək olacaq", - deyə Tramp qeyd edib.

6 yanvar 2021-ci ildə ABŞ-ın o zamankı prezidenti olan Trampın tərəfdarları 2020-ci ilin noyabrında keçirilən prezident seçkilərinin nəticələrinin təsdiqlənməsinin qarşısını almaq üçün Konqresin binasına hücum təşkil etmişdilər. Bina daxilində iğtişaşlar zamanı polis bir etirazçını güllələyib və öldürüb. Qeyd edək ki, seçkidə Demokrat Co Bayden qələbə qazanmışdı.

ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. 25 aprel 2023-cü ildə hazırkı prezident Co Bayden ən yüksək hökumət vəzifəsinə yenidən seçilmək istəyəcəyini açıqlayıb. Keçmiş prezident Donald Tramp 2022-ci ilin noyabrında seçki yarışına qatılacağını elan edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »