Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Husilər: "Qırmızı dənizdə ABŞ-ın "Pinocchio" gəmisini dəniz raketləri ilə hədəfə aldıq"
Husilər: "Qırmızı dənizdə ABŞ-ın "Pinocchio" gəmisini dəniz raketləri ilə hədəfə aldıq"

Yəməndə İranın dəstəklədiyi husilər ABŞ-ın Qırmızı dənizdəki "Pinocchio" gəmisini dəniz raketləri ilə hədəfə aldıqlarını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Husilərin Hərbi Sözçüsü Yəhya Seri "Telegram" və "X" sosial platformasına hücumla bağlı açıqlama verib.

Husilərin dəniz qüvvələrinin ABŞ-ın "Pinocchio" gəmisinə raketlərlə hücum etdiyini bildirən Seri hücumda gəminin birbaşa zərbə aldığını bildirib.

Husi qüvvələrinin Ramazan ayı ərzində hərbi əməliyyatlarını artıracaqlarını, "məzlum Fələstin xalqına dəstək və yardımda dini, mənəvi, humanitar vəzifələrini yerinə yetirməyə davam edəcəklərini" bildirən Seri, İsrailin Qəzzaya hücumları sona çatana qədər Qırmızı dənizdə hücumların davam edəcəyini qeyd edib. Onlar zolaqda hərbi əməliyyatlar dayandırılana və Fələstin xalqına tətbiq olunan blokada aradan qaldırılana qədər Ərəb dənizində hücumların davam edəcəyini qeyd edib.

Yəməndə İranın dəstəklədiyi husilər İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq 31 oktyabr 2023-cü il tarixində İsrail şirkətlərinə bağlı olduqlarını söylədikləri Yəmən sahillərində ticarət gəmilərini ələ keçirməyə və bəzilərinə pilotsuz uçuş aparatları və raketlərlə hücum etməyə başladılar.

ABŞ qüvvələri bu müddət ərzində dəfələrlə Yəməndən atılan raketləri və kamikadze pilotsuz təyyarələri vurduqlarını açıqlayıb. Husilərin hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.

ABŞ qlobal dəniz ticarəti təhlükəsizliyinin təhlükə altında olduğunu əsas gətirərək 18 dekabr 2023-cü il tarixində bir qrup ölkənin iştirakı ilə Husi qüvvələrinə qarşı "Rəfahın Mühafizəçisi" adlı çoxmillətli "dəniz işçi qrupu" yaradıldığını açıqlayıb.

31 dekabr 2023-cü ildə Qırmızı dənizdə İsrailə bağlı gəmini ələ keçirməyə çalışan husilərə aid üç sürətli qayıq ABŞ helikopterlərinin atəşinə məruz qalıb. Husilər yanvarın 10-da bir ABŞ gəmisinin İsraili dəstəklədiyi səbəbiylə Qırmızı dənizdə raket və kamikadze dronlarla hədəf alındığını açıqlayıb.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası husilərin Qırmızı dənizdəki hücumlarının dərhal dayandırılmasını tələb edən ABŞ və Yaponiyanın yanvarın 11-də təqdim etdiyi qətnaməni qəbul edib. Qlobal ticarətin təxminən 12 faizi Aralıq dənizini Qırmızı dənizə birləşdirən və Avropa ilə Asiya arasında ən qısa marşrutu təklif edən Süveyş kanalı vasitəsilə həyata keçirilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »