Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail ordusu Qəzzada kömək gözləyən fələstinlilərə atəş açıb, ölən və yaralananlar var
İsrail ordusu Qəzzada kömək gözləyən fələstinlilərə atəş açıb, ölən və yaralananlar var

İsrail ordusunun Qəzza zolağına yardım maşınlarının gəlməsini gözləyən fələstinliləri hədəf aldığı hücumunda ölən və yaralananlar olub.

Bizimyol.info xəbər verir ki, Qəzza zolağının Mülki Müdafiə Birliyinin sözçüsü Mahmud Basal "AA"ya bildirib ki, İsrail ordusu Qəzzanın şərqində Küveyt qovşağında yardım maşınlarını gözləyən fələstinlilərə atəş açıb.

Hücumda kömək gözləyən fələstinlilər arasında ölən və yaralananların olduğunu bildirən Basal mövzu ilə bağlı ətraflı məlumat verməyib.

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları 7 oktyabr 2023-cü il tarixində “Məscidül-Əqsa başda olmaqla fələstinlilərə və müqəddəs dəyərlərə qarşı davamlı pozuntulara cavab vermək” səbəbi ilə İsrailə hərtərəfli hücuma keçib.

İsrail oktyabrın 7-də baş verən hücumlarda 1200 israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb. İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 13 min 500-ü uşaq, 9 mini qadın olmaqla 31 min 112 fələstinli həlak olub, 72 min 760 nəfər isə yaralanıb. Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

İsrail ordusu Qəzza zolağına hücumların başladığı 7 oktyabrdan bu yana 249-u quru işğalı prosesi zamanı olmaqla 590 əsgərinin öldürüldüyünü açıqlayıb. 24 noyabr 2023-cü ildə 4 gün müddətinə verilən və daha sonra 3 gün daha uzadılan qarşıdurmada “humanitar pauza” zamanı 81 İsrailli və 240 fələstinli məhbus qarşılıqlı olaraq azad edilib. Digər tərəfdən, İsrail minlərlə fələstinlini saxlamağa və həbs etməyə davam etdi.

7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail qüvvələrinin və qeyri-qanuni yəhudi məskunlaşanların hücumları nəticəsində 426 fələstinli həyatını itirib.

İsrail ordusu ilə Hizbullah arasında oktyabrın 8-dən bu yana sərhəddə baş verən qarşıdurmalarda 232 Hizbullah üzvü, 50 livanlı mülki, 11 Amal Hərəkatı, 12 Həmas və 12 İslami Cihad üzvü, 6 İsrail vətəndaşı və 11 əsgər həlak olub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »