Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tokayev: "Əminəm ki, birgə səylər nəticəsində Qarabağ yeni rəng çalarları ilə çiçəklənəcək"
Tokayev: "Əminəm ki, birgə səylər nəticəsində Qarabağ yeni rəng çalarları ilə çiçəklənəcək"

Əminəm ki, birgə səylər nəticəsində Qarabağ yeni rəng çalarları ilə çiçəklənəcək və Azərbaycanın quruculuq siyasətinin nümunəsinə çevriləcək.

"Report" xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfərindən öncə “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

"Regionun infrastrukturunun bərpası təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın inkişafına töhfə verəcək. Əlavə olaraq qeyd etmək istərdim ki, Qazaxıstan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə bağlanmasında maraqlıdır. Qazaxıstan beynəlxalq sülhməramlı təşəbbüsləri iqdam edən və dəstəkləyən ölkə olaraq bütün Avrasiya regionunun dinc və sabit inkişafına yönəlmiş istənilən səyləri dəstəkləməyə hazırdır", - Qazaxıstan Prezidenti vurğulayıb.

Son xəbərlər
Bütün xəbərlər »