Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran və Ermənistan müntəzəm məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər
İran və Ermənistan müntəzəm məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər

Tehranda İran və Ermənistan Xarici İşlər nazirliklərinin müavinləri - Əli Baqeri Kani və Vahan Kostanyan arasında siyasi məsləhətləşmələr keçirilib və altı ay ərzində yeni məsləhətləşmələrin keçirilməsi planlaşdırılır.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ermənistan nümayəndə heyətini İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian da qəbul edib.

Tərəflər ikitərəfli, regional və beynəlxalq münasibətlərin mühüm məsələlərini müzakirə ediblər. Cənubi Qafqazda sabit sülhə nail olmaq, həçinin regional əlaqələri və əməkdaşlığı gücləndirmək üçün İrəvanla Bakı arasında mövcud olan məsələlərin müstəsna olaraq sülh yolu ilə həllinin vacibliyi vurğulanıb. Hər iki tərəf suverenlik, yurisdiksiya, bərabərlik, qarşılıqlılıq və beynəlxalq səviyyədə tanınmış sərhədlərin bölünməzliyi prinsiplərinə hörmət edilməsinin zəruriliyini qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »