Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden kampaniya videosuna qoca yaşından danışmaqla başlayıb - Video
Bayden kampaniya videosuna qoca yaşından danışmaqla başlayıb - Video

ABŞ prezidenti Co Bayden qoca yaşından bəhs etməklə başlayan yenidən seçki kampaniyası çərçivəsində yeni video yayımlayıb.

Bizimyol.info xəbər verir ki, ABŞ liderinin videoçarxı "YouTube" kanalında yayımlanıb.

“Bax, mən gənc deyiləm və bu heç kimə sirr deyil. Amma fakt odur ki, mən Amerika xalqı üçün işlərin necə aparılacağını bilirəm”, - deyə Amerika lideri videoda bildirib. Videonun sonunda Baydendən zarafatlaşdığı müqəddiməni "yeni çəkiliş etməyi" tələb ediblər:"Bax, mən gənc, enerjili və yaraşıqlıyam. Bütün bunları niyə edirəm?"

Demokrat Bayden yenə rəqibi Respublikaçı Donald Trampı tənqid edib. “Donald Tramp hesab edir ki, prezidentin vəzifəsi Donald Trampın qayğısına qalmaqdır. Mən inanıram ki, prezidentin işi sizin, Amerika xalqının firavanlığı və təhlükəsizliyi üçün mübarizə aparmaqdır. Mən də bunu edirəm", - deyə qeyd edib.

İndi faktiki olaraq heç bir şübhə yoxdur ki, Respublikaçılar Partiyası rəsmi olaraq Amerika administrasiyasının əvvəlki rəhbəri, 77 yaşlı Trampı prezidentliyə namizəd kimi irəli sürəcək. Baydenin Demokratlar Partiyası tərəfindən rəsmi namizədliyinin irəli sürülməsi məsələsi də faktiki olaraq həllini tapıb. Əslində, demokrat namizəd kimi başqa bir fiqurun ortaya çıxması yalnız 81 yaşlı Baydenin yenidən seçilmək uğrunda mübarizəni davam etdirməkdən könüllü imtinasına səbəb ola bilər. Lakin indiyədək o, bəzi partiyadaşlarının yaş həddi ilə əlaqədar seçki yarışında iştirakdan imtina etmək və yeni nəsil siyasi xadimlərə önə çıxmaq şansı vermək çağırışlarını qətiyyətlə rədd edib. ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »