Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanı hiddətləndirəcək qərar: "F-35"lərə nüvə bombası daşımaq üçün sertifikat verilib
Rusiyanı hiddətləndirəcək qərar: "F-35"lərə nüvə bombası daşımaq üçün sertifikat verilib

ABŞ-ın keçmiş prezidenti Obamanın dövründə başladılan sertifikatlaşdırma proqramının tamamlanmasıyla "F-35A" nüvə silahı daşımaq üçün təsdiq alan ilk 5-ci nəsil döyüş təyyarəsi oldu.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, NATO ilə Rusiya arasında gərginliyin addım-addım artdığı bir vaxtda "F-35A" Müştərək Zərbə qırıcı təyyarəsi nüvə silahı daşımaq üçün sertifikat alıb.

Öz sinfində nüvə silahı daşımaq üçün yaşıl işıq yandıran ilk gizli döyüş təyyarəsi olan "F-35A" Birgə Hücum Qırıcı, artıq "B61-12" tipli nüvə bombalarını daşıya biləcək.

"F-35" Birgə Proqram Ofisinin sözçüsü Russ Goemaere "Breaking Defence"a verdiyi açıqlamada sertifikatın öhdəliyindən aylar əvvəl 12 oktyabrda verildiyini ifadə edərək: "Bu "F-35"in Nüvə Sertifikatlaşdırma araşdırması nüvə təşəbbüsü ilə həyata keçirilib. 10 ildən artıqdır ki, 16 müxtəlif hökumət və sənaye maraqlı tərəflərindən ibarətdir. Bu, gərgin səylərin nəticəsidir. Sertifikatlaşdırmanın planlaşdırılan tarixdən çox əvvəl verilməsi ABŞ və NATO-ya kritik bir qabiliyyət təmin edib", - deyə əlavə edib.

Bu irəliləyişlə "F-35A"lar artıq həm adi, həm də nüvə müharibəsində istifadə oluna bilən "ikili qabiliyyətli" döyüş təyyarələri halına gəlib.

"Breaking Defence"in verdiyi xəbərə görə, hazırda yalnız "F-35A" "B61-12" tipli nüvə bombası daşımaq üçün sertifikata malikdir. Sertifikatlaşdırma gizli reaktiv sinfindən olan "F-35B" və "F-35C"ni əhatə etmir. Bundan əlavə, proqram çərçivəsində yalnız "B61-12" model taktiki nüvə bombasının istifadəsinə icazə verilib.

Goemaere sözügedən nüvə raketlərinin "F-35"lərə quraşdırılmasının gözlənildiyini və sınaq prosesinin bir il ərzində tamamlanmasının gözlənildiyini bildirib. "F-15E", 1968-ci ildə təqdim edilən "B61" bombasının ən yeni versiyası olan "B61-12" bombalarından istifadə etmək üçün sertifikatlaşdırılmış ilk döyüş təyyarəsi olub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »