Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Formula 1: 3 pilot mübarizəni dayandırdı
"Formula-1" üzrə Azərbaycan Qran-prisində 3 pilot mübarizəni dayandırıb.

“Report”un məlumatına görə, Colion Palmer (Renault), Daniel Kvyat (Toro Roso) və Maks Ferstappen (Red Bull) yarışı erkən başa vurublar.

C.Palmerin idarə etdiyi boliddə tüstü çıxdığı, M.Ferstappenin maşının isə mühərrikində problem yarandığı üçün hər iki pilot pit-leynə gələrək, yarışı davam etdirə bilməyiblər.

Daniel Kvyat isə 12-ci döngədə “Red Bull” bolidinin mühərrikində nasazlıq üzə çıxdığına görə dayanıb. Onun maşını trassdan təxliyyə olunub.

Qeyd edək ki, iyunun 24-də sonuncu sərbəst yürüş zamanı Colion Palmerin idarə etdiyi bolid yanıb. Marşalların köməyi ilə alov söndürülsə də, britaniyalı sürücü çıxışını dayandırıb. Nəticədə o, sıralama turuna qatıla bilməyib.

C. Palmerin bolidi iyunun 24-də keçirilmiş sərbəst yürüş zamanı səkkizinci döngədə - Qız Qalasının yaxınlığında səddə çırpılıb. Pilot maşını tərk etdikdən sonra əraziyə cəlb olunan kran onu oradan götürüb.

Son xəbərlər
Bütün xəbərlər »