Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Google" İsrailə etiraz edən əməkdaşını işdən çıxarıb
"Google" İsrailə etiraz edən əməkdaşını işdən çıxarıb

ABŞ-ın texnologiya şirkəti "Google"un Nyu Yorkda keçirilən texnologiya tədbirində İsrailə etiraz edən mühəndisini işdən çıxardığı bildirilib.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, "Google" sözçüsü açıqlamasında bildirib ki, bu həftənin əvvəlində bir işçi şirkətin sponsorluq etdiyi rəsmi tədbirə müdaxilə edib və təqdimat edən həmkarının danışmasına mane olub.

Məsələ ilə bağlı çirkət tərəfindən verilən açıqlamada: “Hər hansı səbin olmasına baxmayaraq, bu davranış qəbuledilməzdir və işçi siyasətlərimizin çıxışına mane olduğu üçün işdən çıxarılıb”, - deyə qeyd edilib.

Bazar ertəsi Nyu Yorkda keçirilən tədbirdə "Google Cloud" mühəndisi İsrailli bir idarəçinin çıxışına mane olaraq: "Mən soyqırımı, aparteid və ya nəzarəti gücləndirəcək texnologiya istehsal etməkdən imtina edirəm", - deyə etiraz edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »