Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mask: "Bayden qeyri-qanuni mühacirlərin köməyi ilə seçkilərdə güc balansını dəyişdirməyə çalışır"
Mask: "Bayden qeyri-qanuni mühacirlərin köməyi ilə seçkilərdə güc balansını dəyişdirməyə çalışır"

ABŞ prezidenti Co Bayden administrasiyası və Demokratlar Partiyasının immiqrasiya siyasəti ilə bağlı qərarları qarşıdan gələn prezident seçkilərində qüvvələr balansı dəyişmək üçün nəzərdə tutulub.

Bizimyol.info xəbər verir ki, bunu amerikalı sahibkar İlon Mask deyib.

“Əksər amerikalılar bilmirlər ki, ABŞ siyahıyaalınması hazırda vətəndaşlıqdan asılı olmayaraq bütün bölgə sakinlərini səsvermə məqsədilə hesablayır! Senatdakı Demokratlar Konqresdəki yerlərin və Seçici Kollegiyasının (prezident) səslərinin bölüşdürülməsində qeyri-qanuni mühacirlərin sayılmasını dayandıracaq düzəlişin ləğvi üçün yekdilliklə səs verdilər. Qeyri-qanuni immiqrantlar əsasən Demokratik ştatlarda yaşadıqları üçün həm Nümayəndələr Palatasının, həm də Prezidentlərin səsləri təxminən 5% sola sürüşür ki, bu da bütün güc balansını dəyişmək üçün kifayətdir! Bu, Bayden administrasiyasının rekord sayda qeyri-qanuni immiqrantı saxlamasının və bu qədər az deportasiya həyata keçirməsinin əsas səbəblərindən biridir", - deyə o, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Qeyri-qanuni miqrasiya ilə bağlı vəziyyət bir neçə ildir ki, cənub ştatları ilə federal hökumət arasında mübahisə mövzusudur. Ən gərgin vəziyyət, hakimiyyəti qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün sərt tədbirlərin görülməsini müdafiə edən və bu məsələdə hazırkı Amerika administrasiyasının siyasətinə qarşı çıxış edən Texas ştatında yaranıb. Mask daha əvvəl Texas hakimiyyətinə dəstəyini ifadə etmiş və ABŞ Daxili Təhlükəsizlik Departamentinin rəhbəri Alexandro Mayorkası qeyri-qanuni miqrasiyaya göz yummaqda ittiham edərək istefaya çağırmışdı.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »