Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün “Qarabağ” Bakıda Almaniyanın “Bayer” klubunu qəbul edəcək
Bu gün “Qarabağ” Bakıda Almaniyanın “Bayer” klubunu qəbul edəcək

Bu gün “Qarabağ” FK UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində Almaniyanın “Bayer 04” klubu ilə qarşılaşacaq.

Bizimyol.info xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” oyunu saat 21:45-də başlayacaq.

Görüşü fransalı baş hakim Benua Bastyen idarə edəcək.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ölkə mətbuatına müsahibəsində Almaniyanın “Bayer” klubuna qarşı keçiriləcək oyunun cox vacib olduğunu bildirərək ,buna yaxşı hazırlaşdıqlarını deyib.

Qeyd edək ki, “Qarabağ” – “Bayer 04” komandaları arasında cavab görüşü martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.

Qadir, Bizimyol.indo

Son xəbərlər
Bütün xəbərlər »