Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Partizanlar Moskva vilayətində təxribat törətdilər
Partizanlar Moskva vilayətində təxribat törətdilər

Ukrayna gizli təşkilatının nümayəndələri Rusiyanın Moskva vilayətində dəmir yolu obyektində təxribat törədiblər.

Bizimyol.info xəbər verir ki, Krımın “Atəş” müqavimət hərəkatının "Telegram" kanalının məlumatına görə, onlar Moskva vilayətinin Solneçnoqorsk rayonunda Qolovkovo dəmir yolu stansiyasının yaxınlığındakı tənzimləyici kabineti dağıdıblar.

Partizanların özlərinin dediyinə görə, bu, Moskva ətrafında hərbi məqsədlər üçün istifadə edilən dəmiryol xəttindən istifadəni çətinləşdirib. "Məqsədimiz Putin rejiminin cəbhə xəttinə hərbi tədarükünü dayandırmaqdır. Bunu etmək olar", - Müqavimət Qüvvələrinin nümayəndələri qeyd ediblər.

“Atəş” müvafiq foto və videoları dərc edib.

Bu yaxınlarda partizanlar Rusiya döyüş helikopterlərinin yerləşdirilməsi üçün yeni yer aşkar etdilər. Məlum olub ki, onlar “Azovstal” zavodunun xarabalıqları üzərinə döyüş helikopterləri yerləşdirirmişlər. İşğalçıların pilotlarının yerləşdiyi bir sıra fərdi evlər artıq müəyyən edilib.

Həmçinin, “ATEŞ” partizan hərəkatının agentləri Rusiya Federasiyası Qara Dəniz Donanmasının 758 saylı logistika mərkəzinin işğal olunmuş Krımın Saki rayonundakı sursat anbarlarında kəşfiyyat işləri aparıblar. Bundan əlavə, müqavimət hərəkatının nümayəndələri Qara dəniz rayonunun Okunevka kəndində işğalçılar üçün müdafiə obyektinin tikintisinə cəlb edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »