Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin Xarici İşlər Nazirliyi süni intellekt sahəsində qlobal əməkdaşlığa çağırır
Çin Xarici İşlər Nazirliyi süni intellekt sahəsində qlobal əməkdaşlığa çağırır

"Süni intellekt sahəsində beynəlxalq əməkdaşlıqdan imtina tarixi səhv olardı".

Bizimyol.info xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi 14-cü Ümumçin Xalq Nümayəndələri Konqresinin 2-ci sessiyası çərçivəsində keçirilən mətbuat konfransında deyib.

“Süni intellekt sahəsində qapalı icmalar yaratmaq cəhdləri yeni tarix üçün yanlış yanaşma olacaq. Bu, nəinki müxtəlif ölkələrin elmi və texnoloji inkişafını əngəlləyəcək, həm də beynəlxalq istehsal, eləcə də təchizat zəncirinin bütövlüyünü məhv edəcək, bəşəriyyətin risk və çağırışlarla mübarizə qabiliyyətini zəiflədəcək”, – deyə o qeyd edib.

Nazirin sözlərinə görə, Çin digər ölkələrlə süni intellekt sahəsində əməkdaşlığa müsbət və açıq münasibət bəsləyir, həmçinin onların bəziləri ilə artıq dialoq mexanizmləri qurub. “Biz həm inkişafın, həm də təhlükəsizliyin tərəfdarıyıq”, - deyə Vanq Yi qeyd edib ki, dünya birlikdə süni intellektin qlobal idarəçiliyini inkişaf etdirməyə nəzarət etməlidir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »