Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Toplum TV”nin ofisində axtarış aparıldı, qapısı möhürləndi: saxlanılanlar var
“Toplum TV”nin ofisində axtarış aparıldı, qapısı möhürləndi: saxlanılanlar var

Martın 6-da “Toplum TV” internet televiziyasının yerləşdiyi ofisdə axtarış aparılıb. Daha sonra axtarış dekabrda yaradılmış “III Respublika Platforması” adlı təşkilatın ofisində davam etdirilib.

Bizimyol.info xəbər verir ki, axtarışlar martın 6-da axşam saat 17.00-18.00 radələrində aparılıb. Nəticədə həm “Toplum TV” əməkdaşları, həm də III Respublika Platformasının üzvlərindən bir neçə nəfərin saxlandığı bildirilir. Məlumata görə, saxlanılanlar arasında Platforma üzvlərindən Akif Qurbanov, Ruslan İzzətli, Araz Əliyev də var.

Axtarışlardan sonra “Toplum TV”nin ofisinin qapısı möhürlənib.

Axtarışlar axşam saat 18.30 radələrində Akif Qurbanovun evində davam edib. Bu barədə onun vəkili Şəhla Hümbətova məlumat verib:

“Akif Qurbanovun mənzilində axtarış gedir, özü də içəridədir. Gəlmişəm, qapını döyürəm, açmırlar...”

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, “Toplum TV”nin ofisində və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyətilə bağlı daxil olan məlumat üzrə əməliyyat-axtarış tədbirləri keçirilib: “Əlavə məlumat veriləcək”.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »