Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ konqresmenləri ölkədə “TikTok”a qadağa haqqında qanun layihəsi təqdim ediblər
ABŞ konqresmenləri ölkədə “TikTok”a qadağa haqqında qanun layihəsi təqdim ediblər

Amerikalı konqresmenlər “TikTok” sosial şəbəkəsi ilə Çinin “ByteDance” texnologiya şirkəti arasında əlaqələrin davam edəcəyi təqdirdə ABŞ-da ona qadağa tətbiq edilməsi imkanını nəzərdə tutan qanun layihəsi təqdim ediblər.

Bizimyol.info xəbər verir ki, sənəd ABŞ Nümayəndələr Palatasının Çin üzrə Seçmə Komitəsinin saytında dərc olunub.

Qanun layihəsi “TikTok” ilə “ByteDance” də daxil olmaqla istənilən “Çin tərəfindən idarə olunan qurum” arasında istənilən əlaqəni kəsməyi hədəfləyir. Konqresmenlər şirkətə sosial şəbəkəni satmaq üçün altı ay vaxt verirlər. Əgər bu edilməsə, “TikTok”un ABŞ-da yayılmasına, o cümlədən müvafiq tətbiqin şəbəkə platformalarında yerləşdirilməsinə qadağa qoyulacağı gözlənilir.

Qanun layihəsinin müəllifləri sözügedən komitənin sədri Mayk Qallaqer (Viskonsin ştatından respublikaçı) və onun həmkarı demokrat Raca Krişnamurtidir (İllinoysdan).

Onlar eyni tədbirlərin gələcəkdə istənilən “düşmən tərəfindən idarə olunan tətbiqlərə” də şamil edilməsini təklif edirlər. Amerika hakimiyyəti adətən İran, Çin, Şimali Koreya və Rusiyanı ABŞ-ın düşmənləri siyahısına salır.

Qısa videolar yükləməyə imkan verən “TikTok” sosial şəbəkəsi 2017-ci ildə, beynəlxalq versiyası isə 2018-ci ilin avqustunda istifadəyə verilib. Şəbəkənin sahibi “ByteDance” şirkətidir.

Bundan əvvəl Amerika administrasiyasının nümayəndələri dəfələrlə bəyan ediblər ki, Çin sosial şəbəkəsi ABŞ üçün təhlükə yaradır, eləcə də bu və ya digər şəkildə aradan qaldırılmalıdır. Vaşinqton iddia edib ki, Çin səlahiyyətliləri və kəşfiyyat xidmətləri güman ki, bu sosial şəbəkədən istifadə edərək məlumat əldə edə bilərlər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »