Gürcüstan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi danışıqları üçün öz platformasını təklif edir. Bu barədə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya Antalyada davam edən diplomatik forumda deyib. Nazir müavini qeyd edib ki, Tiflis üçün regionda sülh vacibdir və gürcü tərəfi İrəvan və Bakının razılığa gələcəyinə və bundan hər iki tərəfin faydalanacağına ümid edir.
- Gürcüstanın təklifi Ermənistanı Qərbin tələsindən Qafqaz masasına qaytara biləcəkmi?
- Ermənistan Gürcüstanın təklifini dəyərləndirəcəkmi?
Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Gürcüstanın xarici işlər nazirliyinin verdiyi təklif artıq mətbuatda yayılıb.
“Xatırladım ki, bu barədə Azərbaycan prezidenti Gürcüstanda olarkən, onların o zamankı baş naziri ilə görüşən zaman Ermənistanla Azərbaycanın görüşlərinin Gürcüstanda təşkil olunmasını təklif edilmişdi. Yəni uzaq məsafəyə burdan New York-a, Belçikaya, Praqaya və ya harasa getməkdənsə, yaxın və strateji müttəfiq ölkədə müzakirə görüşlərinin keçirilməsi daha yaxşı olar. Orada görüşüb 3 tərəfli və sonra da üzbəüz görüşlərin aparılması, danışıqların aparılması haqqında biz təklifimizi vermişdik.
Ermənistan hakimiyyəti müstəqil deyil, Paşinyan özü müstəqil rəy qəbul edə bilmir və onun partiyası müstəqil rəy irəli sürə bilmir. Ona görə də onların böyük bacısı olan Fransanın və Amerikanın bəzi siyasi dairələri ilə məsləhətləşmədən bu təklifləri yerinə yetirə bilməyəcəklər. Ancaq ən realı elə budur”-deyə Elşad Həsənov bildirib.
Politoloq Antalyada keçirilən 3-cü diplomatik forumu xatırladaraq qeyd edib ki, burada müəyyən platformalarla bağlı təklif irəli sürülüb. Onun sözlərinə görə, yaxın zamanlarda sülh müqaviləsinin bağlanacağı haqqında tam təsəvvür yoxdur.
“Azərbaycan prezidenti ilə Paşinyanın görüşü və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ararat Mirzoyanın Berlində görüşü, sonradan Antalyadakı 3-cü Antalya diplomatik forumunda aparılan danışıqlar da müəyyən irəliləyişlərin olduğunu göstərir”-deyən politoloqun fikrincə, Gürcüstanın təklifi cəlbedicidir, yaxşıdır. Yenə deyirik ki, "bu bizim də yadımızdadır, biz də istəyirik".
Mən inanmıram ki, Ermənistan bu təklifə müsbət addım atsın. Çünki Ermənistan müstəqil deyil, Ermənistanın siyasi rəhbərliyi bu gün müstəqil qərar qəbul edə bilmir. Onların "Qafqaz masası"na qayıtmaları həm Ermənistan üçün, həm də Azərbaycan üçün yaxşı olar”-deyə politoloq əlavə edib.
İradə Cəlil, Bizimyol.info