Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Parkinq ərazilərində "yer tutan" plastik bidonlara görə qanunla cərimə nəzərdə tutulub" - Video
"Parkinq ərazilərində "yer tutan" plastik bidonlara görə qanunla cərimə nəzərdə tutulub" - Video

Son zamanlar şəhərin müxtəlif ərazilərində qəribə bir "mənzərə"yə rast gəlinir. Kimin harda obyekti varsa, qarşısına boş plastik bidon qoyulur ki, kimsə gəlib orada avtomobilini saxlamasın. Demək olar ki, artıq bu görüntü şəhərin müxtəlif küçələrində və məhəllələrində adi hal alıb. Hətta bəzi obyek sahibləri obyektlərinin qarşısı "AzParkinq"ə aid yer olsa da, sahibkar plastik bidonunu əlavə etməkdən çəkinmir.

Nəqliyyat məsələləri ürə ekspert Elməddin Muradlı Bizimyol.info xəbər portalına açıqlamasında bidirib ki, qanunla İnzibati Xətalar Məcəlləsinə görə, parklama yerlərinin belə zəbt edilməsinə görə, 10 manat cərimə nəzərdə tutulur.

Elməddin Muradlı Elməddin Muradlı

“Park yerini zəbt etmək məqsədilə ora daş piltələr və yaxud qablar və s. qoyularaq, yolu tutursa, zəbt edirsə, bu da qanunsuz hərəkətdir, buna görə cərimə nəzərdə tutulur. Əgər həmin ərazidə "AzParkinq"in parkalama yeri varsa, burada əlavə vasitələr üçün cərimə nəzərdə tutulur. Digər halda, hər hansı bir məsuliyyətdən söhbət getmir”-deyən ekspert bildirib ki, bu kimi hallar çox baş verir. Bunun qarşısını almaq üçün mübarizə tədbirləri həyata keçirilməlidir.

Ekspertin fikrincə, bəzi obyektlərin sahibləri elə fikirləşir ki, obyektinin qarşısı mütləq boş olmalıdır.

“Bir tərəfdən düşünəndə adam haqlıdır, çünki ticarətlə məşğuldur. Müştəri gəlir yer tapmır alış-veriş də etmir. Digər tərəfdən qanun buna icazə vermir. Belə bir çıxılmaz bir vəziyyət yaranır. Baxaq, onun həll yolunu necə tapacaqlar. Faktiki olaraq, bu cür hərəkətlərə görə 10 AZN cərimə nəzərdə tutulur.

Təəssüf ki, parkinq "məhdudiyyəti"nə görə mübahisələr baş verir. Kimsə gəlir obyektin qarşısında maşın saxlayır, obyekt sahibi də deyir ki, “burada maşın saxlama”. Belə özbaşınalıqlar xüsusən ticarət obyektləri, iaşə obyektləri, restoranlar və s. olan yerlərdə baş verir”-deyə ekspert bildirib.

Elməddin Muradlı vurğulayıb ki, belə obyektlər orada tikilərkən, özləri parklanma üçün vəziyyəti nəzərə almalıdırlar. Otel, restoran tikir və parklanmanı nəzərə almır. "Aldığı" ərazinin hər bir metrinə masa qoymaq istəyir ki, daha çox müştəriyə xidmət göstərib, pul qazansın. Bəs gələn müştəri maşını harda saxlayacaq? Bunu düşünmürlər”-deyən ekspert hesab edir ki, bu gün obyektlərin qarşısına qoyulan plastik bidonlar və daş piltələr məhz bu problemin həllinin diqqətdən kənarda qalmasından qaynaqlanır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »