Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əsgər 2 ay xidmət edib pul ödəməklə qalan müddətdən azad olsa da, səfərbərlik üçün ehtiyyat sayılır"
"Əsgər 2 ay xidmət edib pul ödəməklə qalan müddətdən azad olsa da, səfərbərlik üçün ehtiyyat sayılır"

Azərbaycanda hərbi xidmətə alternativ xidmət təklif edilir. Bununla bağlı Ombudsmanın məruzəsində qeyd edilib. Qeyd edək ki, Azərbaycan Ordusu Türkiyə Ordusu modelinə keçib. Artıq ordumuz professionallardan ibarətdir.

Hərbi ekspert, ehtiyyatda olan polkovnik Şair Ramaldanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, alternativ xidmət deyəndə bir il ya il yarım xidmət, əsgərlik xidməti deyil, əli silahlı şəkildə hansısa əsgər vəzifələri yerinə yetirmək deyil, başqa alternativ xidmətlər nəzərdə tutulur. Məsələn; xəstə adamlara baxmaq və s və ilaxır. Yəni alternativ xidmət buna deyilir. Yəni şəxs, xidmət dövründə əsgər kimi hərbi işlərlə yox, hansısa başqa işlə məşğul olur. Ancaq xidmət dövrü çox hallarda eyni olur.

Şair Ramaldanov Şair Ramaldanov

Bu gün bəzi müzakirələrə və Milli Məclisin üzvlərin təkliflərinə şərh olaraq Şair Ramaldanov deyir ki, bu təklif bir qədər başqa formatda olan yanaşmadır.

“Biz həmişə deyirik ki, hər şey yeni reallığa bağlı olmalıdır. Bu gün Azərbaycan ordusu professional ordu inkişafına doğru gedir. Belə olduğu halda, bütün əsas döyüş qabiliyyətini müəyyənləşdirən ixtisaslar, müddətdən artıq müqavilə əsasında xidmət edənlər təşkil edir. Prinsip cəhətdən həqiqi xidmətdə olan əsgərlər üçün çox vaxt atıcı vəzifələr qalır. Yəni bir il yarım müddətində əsgər ancaq atıcı kimi xidmət edir.

Konstitusiyanın 76-cı maddəsində qeyd edilir ki, vətən müdafiəsi hər bir vətəndaşın borcudur. Yəni bu yanaşma buna zidd deyil. Çünki hərbi xidmət, andiçmə hərbi xidmətə çağrılan hər kəsə şamil olunur, hər kəs and içir. Sadəcə müəyyən yanaşmalarda 1 il yarım deyil, 2 ay müddətində və ya 1 il deyil, 2 ay müddətində əsgər lazım olan yəni atıcı kimi biliyə yiyələnir, sonra həqiqi hərbi xidmətin qalan hissəsini pulun ödənilməsi ilə yəni azad oluna bilər”-deyə Şair Ramaldanov qeyd edib. Ehtiyyatda olan polkovnikin fikrincə, məbləğin müəyəynləşdirilməsi beynəlxalq normalarla müəyyənləşdirilə bilər. Ekspert hesab edir ki, bu miqdar müəyyənləşdirilən zaman müəyyən əsaslarla əsaslandırılacaq.

Şair Ramaldanov bildirib ki, mövcud reallıq əsgərin 2 ay ərzində atıcı kimi bilik və bacarığa nail olmasının mümkün olduğunu göstərir. Hərbi xidmətin qalan hissəsi üçün də əsgər müəyyən vəsait ödədikdən sonra azad edilə bilər.

“Hərbi and içərkən qeyd edilir ki, “hər an Vətənin müdafiəsinə əli silahlı müdafiə etməyə hazıram”. Yəni bu, o demək deyil ki, əsgər 2 ay xidmət edib sonra qalan hissəsini hansısa məbləği ödəməklə ordudan azad olunacaqsa, sabah lazım olsa Vətəni qorumaqdan və müdafiə etməkdən azad olunacaq. Yəni o, artıq hərbi vəzifələr və səfərbərliklə bağlı çağrılmaq üçün bir resursdur, ehtiyatdır. Yəni biz ehtiyatda olan zabit deyirik. O da ehtiyatda olan əsgər kimi lazım olanda çağrıla bilər”-deyə Şair Ramaldanov bildirib. Hərbi ekspert bu prosesin geniş şəkildə tətbiq ediləcəyini düşünmür və qeyd edir ki, bu proses də imkandan və həyati zərurətdən irəli gələn bir məsələdir.

Polkovnikin fikrincə, İkinci Vətən müharibəsində məhz professionalların fəaliyyəti göz önündə idi.

“Biz "xüsusi təyinatlı" deyirik. Komando, tankçılar, topçular, hava hücumdan müdafiəçilər - bunların hamısı mütəxəssislərdir və müqavilə hesabına xidmət edənlərdir. Müharibədə aparılan tədbirlərin nəticəsindən görə bilirik ki, professionallar qarşıya qoyulan tapşırıqları daha yaxşı və daha az itki ilə yerinə yetirməyə qadirdilər. Məsələn; bir var ki, tankçı 1 il xidmət edir, bir də var ki, tankçı 5-10 il, bəlkə də çox xidmət edir. Əlbəttə ki, onların təcrübəsini müqayisədə biz çox böyük fərqlər görə bilərik. Bu məsələnin bir tərəfi.

Digər tərəfi isə, bu gün ordu müasir silahlarla silahlanır. O silahlar həm çox bahadır, həm də zaman tələb edir ki, onu lazım olan şəkildə idarə eddə biləsən. Belə olan halda, ali savadlı əsgər üçün 1 il, digərləri üçün 1 il yarım bu silahları, texnikanı və avadanlığı idarə etmək üçün yetərli deyil. Başqa bir tərəfi var ki, öyrənmə mərhələsinin başlanğıcında olan əsgərlər, yəni həqiqi hərbi xidmətdə olanlar həmin o texnikanın vaxtından tez sıradan çıxarılmasına səbəb ola bilir. Bu da əlbəttə maliyyə cəhətdən çox böyük itkilərə gətirən faktdır”-deyən polkovnik hesab edir ki, Azərbaycan bu dəyişiklikləri həqiqi hərbi xidmətdə həyata keçirərsə, burada Azərbaycan ordusuna mənfi cəhətdən təsir edən heç bir amil yoxdur.

Şair Ramaldanov qeyd edib ki, bununla paralel olaraq, hərbi vəzifəliləri mütəmadi olaraq, səfərbərlik kurslarına cəlb etməklə həmin o heyəti daim ehtiyac olarsa, səfərbərlik elan ediləndə hərbi xidmətə çağırmaq olar.

“Praktika göstərdi ki, İkinci Qarabağ savaşında bir neçə il öncə xidmətdən ayrılan şəxsi heyyət, hərbi vəzifəlilər səfərbərliklə bağlı yığılanda, toplanışlar olanda müəyyən olundu ki, onların bilikləri 20-30% civarındadır. Bu da həmin o heyyəti döyüşə göndərməyə yetərli sayılmır. Yenə də zaman lazım olur ki, onlarla əlavə hansısa kurslar keçirilsin. Onların bilikləri müəyyən bir şəkildə bərpa edilsin.

Nəzərə almaq lazımdır ki, tankçılar və yaxud əsas ixtisasçılar müqavilə əsasında xidmət edənlərdir. Atıcı vəzifəsində əsgəri səfərbərliklə bağlı çağrılan zaman biz onu 2 aya atıcı kimi hazırlaya biləriksə, təbii ki, səfərbərliklə bağlı çağrılanda da o qədər çox zaman itirməyəcəyik”-deyə Şair Ramaldanov izah edib.

"O ki, qaldı ağır texnika, ixtisas və professionallıq tələb edən heyyətin səfərbərliyinə, bu mərhələdə tankçılar, topçular və s. ehtiyata buraxıldıqda və yaxud müqaviləni dayandırdıqda onlar hərbi vəzifəli kimi ehtiyata çıxırlar. Onların da öz ixtisasları üzrə səfərbərlik dövründə çağrılıb, vətənin müdafiəsində iştirak etməsi nəzərdə tutulur"-deyə hərbi ekspert əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »