Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan ordusu Türkiyə ordu modeli ilə sürətli hərəkət edən və peşəkar orduya sahib olacaq"
"Azərbaycan ordusu Türkiyə ordu modeli ilə sürətli hərəkət edən və peşəkar orduya sahib olacaq"

“Alternativ xidmət haqqında” qanunun hazırlanması və qəbul edilməsi təklif edilir. Bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. Qeyd edilib ki, vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir.

Alternativ hərbi xidmətin və ya bədəlli hərbi xidmətin ordu üçün nə kimi üstünlükləri ola bilər?

Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bədəlli və ya alternativ əsgərlik modeli müəyyən mənada peşəkar hərbi sistemin həyata keçirilməsidir. Dünyanın bir çox ölkəsində, o cümlədən Türkiyə başda olmaqla, inkişaf etmiş ölkələrdə tətbiq olunur. Bunun bir sıra üstünlükləri var. Belə ki, bunun sayəsində yüksək hərbi və döyüş təcrübəsi olan hərbi qüvvə əldə edilir. Ölkədə mühüm məşğulluq mənbəyi yaradılır. Pulunu ödəyərək, hərbi xidmət keçməyən xüsusi təhsilli insanların istehsal töhfələri mülki həyatda davam edir. Eyni zamanda, xüsusilə varlı seqmentlərdən vəsaitin digər seqmentə keçməsinə töhfə verəcək. Bununla yanaşı, daha sürətli hərəkət edə bilən və texnologiyadan səmərəli istifadə edən bir ordu yaradılacaq. Professorun fikrincə, bu səbəblərdən Azərbaycan üçün Türkiyə kimi bir ordu modeli və muzdlu sistem yaratmaq faydalı ola bilər.

Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud Kərəm Qarabulud

Muzdlu sistemdə yetişdirilən hərbçilər effektiv döyüşürmü?

Professor bildirib ki, onlar döyüşürlər. Çünki bu modeldə daha qabaqcıl texnologiya və yüksək təcrübəli ordu olacaq, ona görə də təcrübəsiz əsgərlərdən çox daha faydalı döyüş texnikası tətbiq edə bilərlər. Kərəm Qarabulud hesab edir ki, müəyyən mənada döyüşmək və şəhəri qorumaq üçün hazırlanmış peşəkar ordu meydana çıxır. Bundan əlavə, peşəkar hərbi qulluqçular uzunmüddətli təcrübəyə malik olduqlarından və ölkənin coğrafiyasını yaxşı bildikləri üçün ölkəyə gələ biləcək hücumların qarşısını almaq və qabaqcadan tədbir görmək qabiliyyətinə malik olacaqlar.

“Beləliklə, hücumlarda həlak olan şəhidlərin sayı çox az olacaq. Bu struktura malik orduya sahib olmaq, həm də müxalif ölkələrin hücumlardan çəkindirici təsirinə malikdir. Çünki bilirlər ki, hücuma keçərkən sürətli hərəkət edən və texnologiyadan yaxşı istifadə edən təcrübəli peşəkar ordunun hücumu ilə qarşılaşacaqlar. Bütün bu səbəblərdən peşəkar orduya sahib olmaq həm də 21-ci əsrin texnoloji səviyyəsinin tələbidir”-deyə professor bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »