Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azercell azərbaycanca rəqəmsal məzmunu zənginləşdirməyə davam edir
Azercell azərbaycanca rəqəmsal məzmunu zənginləşdirməyə davam edir

“Litres”ə Azərbaycan dilində yeni audio-kitablar əlavə olunub.

Azercell “Litres” beynəlxalq elektron kitabxanasına xüsusi olaraq  Azərbaycan dilində hazırladığı  150 yeni audio-kitab əlavə edib. Bununla da Azərbaycan dilli “Litres”də e-kitab kolleksiyasının sayı 2700-ü ötüb.

Müxtəlif dillərdə 200 mindən çox audio və e-kitabı özündə birləşdirən “Litres”, lisenziyalı elektron kitab bazarının lideridir. Azercell abunəçilərinə endirimli qiymətlə təklif olunan kitabxanada lider mobil operatorun yaratdığı eksklüziv məzmunla yanaşı bestsellerlər, klassiklər və müxtəlif xarici dillərdə ədəbiyyat yer alıb.

“Azercell Telekom” MMC müasir cəmiyyətdə mütaliə mədəniyyətinin, Azərbaycan dilində ədəbi məzmunun geniş müstəvidə təbliğatına dəstək məqsədilə rəqəmsal kitabxana layihəsi çərçivəsində indiyədək İmadəddin Nəsiminin qəzəllərini, Nizami Gəncəvinin 100-dən çox əsərini, “Koroğlu” dastanının 10 qolunu, Qarabağın tarixinə aid müxtəlif elmi işləri, Qarabağ ədiblərinin nəzm və nəsr nümunələrini audio və elektron kitab formatlarında oxucuların istifadəsinə verib.

“Azercell Telekom”un 2017-ci ildən etibarən Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində həyata keçirdiyi rəqəmsal kitabxana və “Audiokitab” layihəsi Azərbaycan mədəni irsinin qorunub-saxlanılmasına, azərbaycanca rəqəmsal məzmunun zənginləşdirilməsinə xidmət edir. Uzunmüddətli layihə çərçivəsində hazırlanan kitablarla “Litres”, “Bookmate”, eləcə də Azercell-in “Youtube” kanalı vasitəsilə tanış olmaq olar.

Azercell-in e-kitabxana tətbiqləri haqqında daha ətraflı məlumat almaq üçün: https://www.azercell.com/az/personal/digital-solutions/litres.html

Son xəbərlər
Bütün xəbərlər »