“Xocalı faciəsinin təkrarlanmaması üçün regionda sülh üçün çalışmaq lazımdır”. Bu sözlər bu gün Ermənistana silah satan, erməniləri silahlandırıb, yeni müharibəyə hazırlayan Fransa dövlətinin ölkəmizdəki təmsilçisi olan səfirliyin açıqlamasında yer alıb. Özü müstəmləkəçilik siyasəti ilə dünyaya səs salan Fransa, bu gün Azərbaycan torpaqlarında “sülh”dən danışır…
Milli Məclisin deputatı Rüfət Quliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün Fransa çox sürətlə Ermənistana silah satır. Guya ki, o silahla Ermənistan nəsə edə bilər. Təbii idi ki, bu gün müharibə metodologiyasında böyük bir dəyişikliklər olub. Müharibə tamamilə başqa mexanizimə keçirilib və bu da Ermənistana fayda verə bilməz. Fransa hakimiyyəti müxtəlif çağırışlar edir. Bu, onların əsl siyasətini gizlətmək, özlərini sülhməramlı bir ölkə kimi göstərməyə çalışır. Bunun da sonu yoxdur.

Deputat bildirib ki, gec-tez beynəlxalq ədalət bərpa olunur. Tarix bunu bir daha təsdiq edir.
“Fransanın qərəzli siyasətinin fransız xalqının fikri olduğuna inanmıram. Bu da təbiidir ki, Fransa rəhbərliyində oturan ermənipərəst insanların siyasətidir. Azərbaycana qarşı islamofob, Azərbaycanafob, Türkiyəfob, bax belə siyasətin sonu yoxdur, olmayıb, ola da bilməz”-deyən deputat vurğulayıb ki, Fransanın Əlcəzairdə keçirdiyi genosid nəticəsində milyon yarım Əlcəzairli həlak oldu. Bu günə qədər də Əlcəzairdə minalar var. Bu günə qədər də yaşayan insanlar var ki, "qanlı" xatirələri yaddaşından silinməyib...
Fransa öz sərhədlərindən kənarda tətbiq etdi vəhşi, yırtıcı fəaliyyətlərə görə hansı cəzanı aldı? Təbii ki, Fransaya heç kim heç nə demədi, heç bir cəza verilmədi. Genosidi edən ölkə, indi də “sülhməramlı” fikirlərlə çıxışlar edir, hətta tələblər irəli sürür”-deyə deputat əlavə edib.
İradə Cəlil, Bizimyol.info