"Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhəd xidmətinin əməkdaşları Zvartnots hava limanında fəaliyyətini dayandırmalıdır".
Bizimyol.info xəbər verir ki, erməni mətbuatının verdiyi məlumata görə, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə respublika hakimiyyətinin artıq müvafiq qərar qəbul etməsi xəbərini şərh edərkən deyib.
“Mən belə bir müzakirədə iştirak etməmişəm, amma hesab edirəm ki, onlar (Rusiya sərhədçiləri) oradan getsələr, düzgün olardı. Onların ölkəmizin sərhədlərini vicdanla qoruyacaqlarına əmin deyiləm”, - deyə spiker qeyd edib.
Parlamentin rəhbəri bəyan edib ki, FTX əməkdaşlarının hərəkətləri nəticəsində respublikanın sərhədləri dəfələrlə “daha həssas” olub. “Onlar Qarabağa gəliblər və orada yaşayan ermənilər üçün nə ediblər? Onlar erməni xalqını Qarabağdan çıxarmağa gəlmişdilər?”, - deyə Simonyan bildirib.
Qadir, Bizimyol.info