Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Macarıstan İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib
Macarıstan İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib

Səsvermədə sağçı “Vətən Hərəkatı”ndan olan 6 deputat bunun əleyhinə səs verib.

Bizimyol.info xəbər verir ki, səsvermədən əvvəl müzakirələr zamanı Macarıstanın baş naziri Viktor Orban parlamenti İsveçin üzvlüyünü təsdiq etməyə çağırıb və İsveçin iştirakının Macarıstanın təhlükəsizliyinə kömək edəcəyini bildirib.

Yanvarda Türkiyənin təsdiqindən sonra İsveçin NATO-ya üzvlüyünə son maneə olaraq Macarıstan qalıb. İsveç Baş Nazirliyindən verilən açıqlamada: “Bu gün tarixi bir gündür. NATO-ya üzv olan bütün ölkələrin parlamentləri İsveçin NATO-ya daxil olmasının lehinə səs verib”, - deyə qeyd edib.

Digər tərəfdən, Macarıstan parlamenti keçmiş prezident Katalin Novakın uşaq istismarı amnistiya qalmaqalı ilə bağlı istefa verməsindən sonra Konstitusiya Məhkəməsinin sədri Tamas Sulyoku ölkənin yeni prezidenti seçib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »