Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə axşamı Yunanıstana işgüzar səfərə gedib.
Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verib.
Bildirilir ki, Paşinyanın Yunanıstan prezidenti Katerina Sakellaropoulou, baş nazir Kiriakos Mitsotakis və parlamentin spikeri Konstantinos Tasulas ilə görüşü planlaşdırılır.
Qadir, Bizimyol.info