Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AB Ali Nümayəndəsi Borrell: "HƏMAS İsrailin siyasəti sayəsində güclənib"
AB Ali Nümayəndəsi Borrell: "HƏMAS İsrailin siyasəti sayəsində güclənib"

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, İsrail öz siyasətləri ilə HƏMAS-ın yaranmasına və inkişafına şərait yaradıb.

Bizimyol.info xəbər verir ki, Borrell İspaniyanın paytaxtı Madriddə Next Educacion Universitetində qatıldığı forumdakı çıxışında İsrailə qarşı tənqidlərini davam etdirib.

“Mən demirəm ki, İsrail çeklər göndərməklə HƏMAS-ı maliyyələşdirir, lakin bu, HƏMAS-ın inkişafına şərait yaradıb”, - deyən Borrell, son həftələrdə dilə gətirdiyi “Həması quran və maliyyələşdirən İsraildir” iddiasını təkrarlayıb.

AB Ali Nümayəndəsi: "İsrailin fələstinliləri parçalamağa çalışdığı danılmaz bir həqiqətdir. Netanyahunun parlamentdəki qrupu qarşısında açıq şəkildə dediyi məlum bir açıqlama var: (İki dövlətli həllin əleyhinə olanlar HƏMAS-a öz töhfələrini verməli və onun maliyyələşdirilməsini asanlaşdırmalıdırlar.) Mən ancaq bu bəyanatı təkrarlaya bilərəm”, - deyə qeyd edib.

Digər tərəfdən, Borrell çıxışı zamanı Fələstin dövlətinin tanındığı iki dövlətli həll təklifini təkrarlayıb və İsraili "buna qarşı çıxdıqlarına, eyni zamanda heç bir həll irəli sürmədiyinə" görə tənqid edib.

Borrell: “30 il ərzində bu həllin mümkünlüyünə mane olan Netanyahu hökuməti istisna olmaqla, hamı bununla razılaşıb. İsrail bunu istəmədiyini deyir, amma hanı yolla bölgədə sabitlik yaratmaq istədiyini demir. Onların həlli yolları hansılardır? O, yalnız hərbi tədbirlərlə təhlükəsizliyi təmin etmək istəyir? Bununla belə, daha yaxşı alternativlər var”, - deyə o bildirib.

Aİ diplomatiyasının rəhbəri Borrell: "Məncə, İsrailin Qəzzaya hərbi müdaxiləsi qeyri-mütənasibdir. Bu, həddindən artıq mülki itkilərə səbəb olur və bunun antisemitizmlə heç bir əlaqəsi yoxdur. Təbii ki, mən də antisemit deyiləm", - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »