Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnternet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı 9 il azadlıqdan məhrum edildi
İnternet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı 9 il azadlıqdan məhrum edildi

“Xural TV” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının bir ilə yaxındır davam edən məhkəməsi başa çatıb. Fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Bizimyol.info xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyilə çıxarılan hökmə əsasən, Əvəz Zeynallı 9 il azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 311 (rüşvət alma) və 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) maddələrilə təqsirli bilinərək cəzalandırılıb.

Əvəz Zeynallı “Səda TV” YouTube kanalının idarəedicisi Elnur Şükürovla birlikdə mühakimə olunurdu. Hökmə əsasən, Elnur Şükürov 4 il azadlıqdan məhrum edilib. Elnur Şükürova da vəzifəli şəxsin qərarına təsir göstərmə, dələduzluq ittihamları verilib. Onlar özlərini təqsirli bilmir, sifarişlə həbs olunduqlarını bildirirlər. Əvəz Zeynallı son sözündə bildirib ki, onu jurnalist fəaliyyətinə görə şərləyərək həbs ediblər. Məqsəd isə onu susdurmaqdır. Elnur Şükürov isə bildirib ki, ondan Əvəz Zeynallının əleyhinə tələb olunan ifadəni vermədiyinə görə cəzalandırılıb.

Vəkillər bildirib ki, bu hökmü qanunsuz və əsassız hesab edirlər. Hökmdən apellyasiya şikayəti verəcəklər.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »