Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
1904-cü ildə müəmmalı şəkildə yoxa çıxan "SS Nemesis" kömür gəmisi 120 ildən sonra tapılıb
1904-cü ildə müəmmalı şəkildə yoxa çıxan "SS Nemesis" kömür gəmisi 120 ildən sonra tapılıb

1904-cü ildə müəmmalı şəkildə yoxa çıxan "SS Nemesis" kömür gəmisi 120 ildən sonra Avstraliya sahillərində tapılıb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, gəminin qalıqları onun itmiş yükünü axtaran şirkət tərəfindən təsadüfən okeanın dibində tapılıb.

"SS Nemesis" və onun 32 nəfərlik heyəti 9 iyul 1904-cü ildə Nyukasldan (Birləşmiş Krallıq) kömürlə yüklənərək yola düşüb. 73 metr uzunluğundakı gəminin təyinat yeri Melburn olub, lakin "SS Nemesis" səyahət zamanı itib. Gəmi sonuncu dəfə Sidneyin cənubundakı Vollonqonq şəhərinin sahillərində dalğalarla mübarizə apararkən görülüb.

Sonrakı həftələrdə gəmidə olan bəzi avstraliyalı, britaniyalı və kanadalı ekipajın cəsədləri batan gəminin parçaları ilə birlikdə sahilə çıxıb.

O dövrdə ictimai marağın böyük olmasına baxmayaraq, "SS Nemesis"in qalıqlarını tapmaq mümkün olmayıb. Lakin 2022-ci ildə Sidney sahillərində itirilmiş yük konteynerlərini axtaran şirkət okeanın dibində gəminin qalıqları ilə qarşılaşıb. "SS Nemesis"in sahildən 26 kilometr aralıda və 160 metr dərinlikdə olduğu qeydə alınıb.

Birlik Elmi və Sənaye Tədqiqat Təşkilatı (CSIRO) köhnə fotoşəkilləri və ağır zədələnmiş gəminin layihələrini su altında çəkilmiş fotoşəkillərlə müqayisə edərək qalıqların "SS Nemesis" gəmisinə aid olduğunu təsdiqləyib.

Kəşfiyyatı həyata keçirən şirkətin baş meneceri Ed Korber deyib: "Bu dağıntını tapmaq böyük şərəfdir. Bu, nəhayət, itkin düşmüş ekipajın ailələrinə çatdırıla bilər".

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »