Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan və Türkiyənin ayrılmaz strateji tərəfdaşlığı İpək yolu üçün önəm daşıyır" - Video
"Azərbaycan və Türkiyənin ayrılmaz strateji tərəfdaşlığı İpək yolu üçün önəm daşıyır" - Video

"Xüsusilə sovet ittifaqı dağıldıqdan sonra, biz uşaqlıqdan ətrafımızda bir qardaş ölkə var şüarı ilə böyüdülmüşük. Həmişə bu qardaşlığın necə inkişaf etdiyi, hansı yollardan keçdiyi, necə küskünlüklərin və əzabların paylaşıldığını bilmədən, altı boş şəkildə inkişaf etmişdi. İkinci Qarabağ müharibəsindən əvvəl başlayan qurumlar arasında yaxınlaşma, biraz da 1990-cı illərdə bizim yaxşı niyyətli olaraq atdığımız səhv addımların kompensasiyasını verdi. Mən bu sahədə işləməyə başladığım ilk günlərdən bəri deyirdim ki, "Bu münasibətlərin institusionallaşması lazımdır”. Münasibətlər iki cümlə arasında qalmamalıdır. Biz bunu çox nailiyyətli şəkildə aşdıq. Artıq kiçik böhranlar, küskünlüklər bir kənara atılıb. Qarşılıqlı bağların ən yüksək olduğu dövrə giriş edilib".

Bu barədə Bizimyol.info xəbər portalına Bahçeşehir Universitetinin Türk dünyası ilə əlaqələrdən məsul rektor müşaviri, təhlükəsizlik eksperti İhsan Alpargın danışıb. Politoloq qeyd edib ki, bundan sonra nə Türkiyə Azərbaycansız, nə də Azərbaycan Türkiyəsiz ola bilməz. Dünya da bu iki ölkənin istiqrarlı olmadığı bir vəziyyətdə heç bir şəkildə rahat ola bilməz.

Bahçeşehir Universitetinin Türk dünyası ilə əlaqələrdən məsul rektor müşaviri, təhlükəsizlik eksperti İhsan Alpargın İhsan Alpargın

“Artıq dünyada qarşısı alınmaz bir enerji aclığı var. Logistik yollar bağlandı. Qızıldəniz ticarətində və Hörmüz boğazında, hətta Qara dənizdə belə müharibə var. Burada onu görürük ki, İpək Yolu üzərindəki ölkələrin istiqrarı çox vacibdir. Həm mədəniyyət, həm də qaynaqlar təkrardan Qərbdən Şərqə keçməyə başlayıb. Qərbin də öz işlərini davam etdirə bilməsi üçün Şərqin qaynaqlarına ehtiyacı var. Bu yol üzərində olan iki ölkə ayrılmaz tərəfdaş vəziyyətindədirlər.

“1990-cı illərdə olan 30 illik problem niyə 2020-ci illərdə həll oldu”- deyə soruşanda çox rahat cavab verə bilirik. Çünki, burada istiqrarlı güc olaraq, Azərbaycanın olması və öz xətlərini qoruması və müttəfiq olaraq Qərbin tərəfində olması, Qərbin lehinə olacaq bir vəziyyətdir”-deyən İhsan Alpargın bildirib ki, Azərbaycan stratejik olaraq düzgün addım atdı və tam vaxtında bu əməliyyatı reallaşdırdı.

İhsan Alpargının xüsusi video müsahibəsini Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »