"Almaniyada insanları basqılayan və xaric edən bir struktur üstünlük təşkil edir. Bir avropalı şəxsiyyəti yaratmağa çalışarkən insanların milli-adət ənənələrinə, dəyərlərinə zərər versəniz, bu ilk iqtisadi böhranda və yaxud ilk sosial problemdə özünü büruzə verər. İndi çox ciddi ölçüdə sağa yönəlmə mövcuddur".
Bu barədə Bizimyol.info xəbər portalına Bahçeşehir Universitetinin Türk dünyası ilə əlaqələrdən məsul rektor müşaviri, təhlükəsizlik eksperti İhsan Alpargın danışıb. Politoloq qeyd edib ki, hazırda Olaf Schulz höküməti bunu idarə edə bilmir. Verdiyi bir müsahibədən 48 saat sonra Almaniyada 150 nəfəri Türkiyədəki Ergenekon əməliyyatında olduğu kimi həbs etdilər. İctimai rəyi çox ciddi idarə edən bir manipulyasiyaya girişdilər. Bunların hamısı xalqda bir təsir göstərir.
“Bundan 1 il yarım sonra Almaniyada seçkilər var. Fransa son anda "qurtuldu". Az qalmışdı ki, Lö Pen hakimiyyətə keçirdi. Bundan bir neçə il əvvəl əsas mediada yeri olmayan siyasətçilər idi. Avropada bu sağa yönəlmə və güvən böhranı, özəlliklə öz qurduqları bu liberal sistemin çox ciddi sosial və siyasi partlayışlara səbəb olacaq. Avropa və ABŞ öz qurduqları sistemi, dünyanı özləri dağıdırlar”.
İhsan Alpargının xüsusi video müsahibəsini Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.
İradə Cəlil, Bizimyol.info