Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron Kremlin bəyanatlarına görə təcili olaraq Avropa liderlərini bir araya toplayır
Makron Kremlin bəyanatlarına görə təcili olaraq Avropa liderlərini bir araya toplayır

"Bazar ertəsi, fevralın 26-da 20-yə yaxın avropalı lider Parisdə bir araya gələrək Rusiyanın diktatoru Putinə Avropanın Ukrayna məsələsində qətiyyəti barədə mesaj göndərəcək".

Bizimyol.info xəbər verir ki, Prezident Emmanuel Makronun müşaviri dünən jurnalistlərə bildirib ki, onlar Kremlin Rusiyanın Ukraynaya qarşı “müharibədə qalib gələcəyi qaçılmaz olması” iddialarına qarşı çıxmaq istəyirlər. Onun sözlərinə görə, son bir neçə həftə ərzində Rusiya təcavüzünün artması ilə əlaqədar təcili iclas çağırıb.

"Biz Putinə çox aydın mesaj vermək istəyirik ki, o, Ukraynada qalib gəlməyəcək. Məqsədimiz onun hansısa yolla qalib gələcəyinə inanmamızı istədiyi bu fikri məhv etməkdir", - deyə "The Guardian" Makronun müşavirinə istinadən yazıb.

Xatırladaq ki, ötən gün Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenzya Aİ-ni Ukraynadan “heç olmazsa nəsə xilas etməyə nail olmaq” üçün ona yardımı dayandırmağa çağırıb, əks halda Rusiya “bunun üçün sona qədər mübarizə aparacaq”, deyə Avropanı hədələyib.

Dünyanı sistematik olaraq nüvə müharibəsi ilə hədələyən Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev bu yaxınlarda rusları “mümkün olan yerdə Qərb dünyasından qisas almağa” çağırıb. Onun fikrincə, bu ölkələrin ərazisində ruslar “haqqında ictimai danışmaq adət olmayan fəaliyyətlər həyata keçirməlidirlər”.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »