Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan ABŞ və Avropa dövlətlərini qınadı
“Əgər ABŞ PKK terror təşkilatının Suriya qolu PYD/YPG ilə birgə hərəkət edirsə, silah verirsə, o halda NATO-ya yenidən baxmaq lazımdır. Necə ola bilər ki, NATO-da müttəfiq olduğumuz bir ölkə terrorçu bir qruplaşma ilə birgə hərəkət edir”.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, R.T.Ərdoğan bunu bu gün İstanbulda Ramazan bayramı ilə bağlı keçirilən bayramlaşma aksiyasında söyləyib.

R.T.Ərdoğan deyib ki, terrorçularla hərəkət edənlərin Türkiyə ilə bir cərgədə ola bilməyəcəyini bilməlisiniz: “Türkiyədə dövlət çevrilişinə cəhd edən bir terror təşkilatının rəhbərini torpaqlarında saxlamaqla da münasibətlərə ziyan vururlar. ABŞ Fətullahçı Terror Təşkilatının liderini bizə niyə vermir? Bunu da anlamağınız lazımdır”.

Türkiyə prezidenti PKK və Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvlərinə sığınacaq verən Avropa ölkələrinin də yanlış yolda olduğunu vurğulayıb.

Paylaş »
››› İcra başçısının bacısı oğlundan kənd camaatına qəribə qadağa...
››› Bu il məktəblərdə gül buketi “gül pulu” ilə əvəz olundu: Əlində gül yox, cibində pul gətir
››› Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasına münasibət bildirib
››› İran Xankəndini Ermənistan ərazisi hesab edir - Foto
››› Dama-dama göl olan 15 qəpiklər – Deputatın çıxışı xalqı qəzəbləndirdi
››› Vampir hekayələri gerçəkləşir -  Hər gün qan içməsə, dayana bilmir
››› “İran Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir”
Son xəbərlər
Bütün xəbərlər »