Belarusda seçkilər sakit və düzgün şəkildə keçirilir.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov jurnalistlərə söyləyib.
Dövlət agentliyi qeyd edib ki, bu gün səhər saatlarında azərbaycanlı müşahidəçi monitorinq aparılan iki seçki məntəqəsində olub.
“Ümumi təəssürat çox müsbətdir. Qanunla müəyyən edilmiş bütün tələblər yerinə yetirilib. Biz seçki məntəqəsində bütün namizədlər haqqında məlumatların əks olunduğu bilgi stendlərini görürük, lakin bu məlumat Belarus qanunvericiliyinin tələb etdiyi kimi təşviqat elementlərini ehtiva etmir”, – MSK-nın üzvü vurğulayıb.
Eyni zamanda, Fuad Cavadov seçkilərin sakit ab-havada keçirildiyini əlavə edib:
“Ümumiyyətlə, seçkilər çox sakit və düzgün şəkildə keçirilir. Onların hazırlığı və prosesin sakit ab-havası çox xoşuma gəldi”.
Xatırladaq ki, Belarusda parlamentin aşağı palatasının və yerli şuraların deputatlarını seçəcək ölkə tarixində ilk vahid səsvermə günü saat 08:00-da (Bakı vaxtı ilə 09:00) start götürüb.