Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baydenin səs yazısının süni intellektlə hazırlandığı məlum olub
Baydenin səs yazısının süni intellektlə hazırlandığı məlum olub

ABŞ-da 2024-cü ildə keçiriləcək seçkilər çərçivəsində Nyu-Hempşir ştatında keçirilən ilkin seçkidən bir gün əvvəl seçicilərə göndərilən prezident Co Baydenin saxta səs yazısını bir sehrbazın süni intellektlə hazırladığı müəyyən edilib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, "NBC News"un məlumatına görə, Baydenin süni intellekt texnologiyasından istifadə edərək saxta səs yazısını yaradan şəxsin Nyu Orleandakı sehrli şoularla dolanışığını təmin edən Pol Karpenter olduğu üzə çıxıb.

Karpenter Demokratlar Partiyasının digər namizədi "Dean Phillips"də işləyən Stiv Kramerin ondan səs yazısını istədiyini və onun harada istifadə ediləcəyi ilə bağlı məlumatı olmadığını söyləyib.

Hadisənin təfərrüatlarını açıqlayan Karpenter, hələ də araşdırması davam edən saxta səs yazısını "Eleven Labs" adlı proqramda etdiyini bildirib “Robocallda istifadə edilən səsi mən hazırlamışam, amma yaymadım. Bu vəziyyət belə oldu, bir adam mənə bunu etmək üçün pul təklif etdi və mən də o səs yazısını hazırladım. Heç bir pis niyyətim yox idi. Bunu necə paylayacağımı da bilmirdim”, - deyə o qeyd edib.

Süni intellektlə insanları yanıltmağın "çox asan" olduğunu izah edən Karpenter: "Saxta səsin yaradılması 20 dəqiqədən az vaxt apardı və cəmi 1 dollara başa gəldi", - deyib.

Karpenter həmçinin telefon ödəmə sistemi "Venmo" qeydlərini paylaşıb ki, o, iş üçün Kramerdən cəmi 150 dollar alıb. Kramerlə ortaq tanışımızın vasitəsi ilə tanış olduqlarını bildirən Karpenter onun üçün bəzi internet saytları və sosial media idarəçiliyi üzərində çalışdığını və süni intellekt sahəsindəki inkişafları yaxından izlədiyini bildirib.

Nyu-Hempşir Baş Prokurorluğundan verilən açıqlamada, 23 yanvarda ştatda keçirilən ilkin seçkilərə saatlar qalmış seçicilərin telefonlarına göndərilən süni intellektin yaratdığı saxta səs yazısında Baydenin səsinin təqlid edildiyi və bir məsələ ilə bağlı araşdırmalara başlanılıb.

Saxta səs yazısı ilə prezident seçkilərində “demokrat seçiciləri səsvermədən çəkindirməyə cəhd edildiyi” və bunun “qanunsuz cəhd” olduğu bildirilib.

ABŞ prezidenti Baydenə aid olduğu kimi paylaşılan səs yazısında: "Çərşənbə axşamı günü səsvermə yalnız respublikaçılara Donald Trampı yenidən seçməyə çalışmaq imkanı verir. Səsiniz bu çərşənbə axşamı deyil, noyabrda fərq yaradacaq", - deyə baydenin səsi ilə səsləndirilən sözlər bəyanata daxil edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »