ABŞ rəsmilərinin ölkənin qərb bölgəsində mənşəyi və məqsədi məlum olmayan yüksək hündürlükdə uçan şarı təsbit edib izlədikləri açıqlanıb.
Bizimyol.info xəbər verir ki, "CBS news"in verdiyi məlumata görə, ilkin araşdırmalar nəticəsində hərbi təyyarə tərəfindən aşkar edilən şarın təhlükə yaratmadığı qeyd edilib.
Kolorado ştatı üzərində təxminən 12 min metr yüksəklikdə uçan şarın kimə aid olduğu və hansı məqsədlə buraxıldığı hələlik məlum deyil və şarın hava cərəyanı Corciya əyalətinə doğru şərqə doğru hərəkət etdiyi bildirilib.
Şarın səlahiyyətlilər tərəfindən izləndiyi bildirilib. Ötən ilin fevralında ABŞ səmasında təsbit edilən və Çinə məxsus olduğu ortaya çıxan oxşar yüksəklikdə uçan hava şarı uzun müddətdir ki, ölkədə gündəmdə oldu.
ABŞ Müdafiə Nazirliyi 3 fevral 2023-cü ildə Çinin yüksək hündürlükdə kəşfiyyat şarının ABŞ materikinin üzərində uçduğunu və əyalətdəki bəzi həssas hərbi obyektlərin, o cümlədən Montanadakı nüvə başlıqları və uzaqmənzilli raket anbarlarının üzərindən keçdiyini aşkar etdiyini açıqladı.
Çin hava şarının ölkəyə aid mülki təyyarə olduğunu, meteoroloji araşdırmalar üçün istifadə edildiyini və idarəetmə imkanlarının məhdud olduğu üçün küləklə sürüklənərək səhvən ABŞ hava sahəsinə girdiyini iddia edib.
Çinin bəyanatı Vaşinqtonu qane etməyib; Balon fevralın 4-də prezident Co Baydenin əmri ilə Atlantik okeanı üzərində olarkən ABŞ-ın ərazi sularında Amerika ordusuna məxsus döyüş təyyarəsi tərəfindən vurulub.
Pekin rəhbərliyi ABŞ-a "mülki insansız hava vasitəsinə güclə müdaxilə etdiyi" səbəbi ilə etiraz edib.
Qadir, Bizimyol.info