Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kəşfiyyat: "Rusiyayanın KXDR-dən aldığı silahların yarısı işləmir"
Kəşfiyyat: "Rusiyayanın KXDR-dən aldığı silahların yarısı işləmir"

Koreya Xalq Demokratik Respublikası (KXDR) Rusiya Fedarasiyasına verdiyi silahların müqabilində Kremldən müdafiə-sənaye kompleksini inkişaf etdirmək üçün müəyyən texnologiyalar, xüsusən də raket texnologiyası, sualtı qayıqların istehsalı texnologiyası istəyir.

Bizimyol.info xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski bildirib ki, KXDR Rusiyaya 1970-1980-ci illərdə istehsal olunmuş 1,5 milyon döyüş sursatı verib.

“Bu gün mövcud statistik məlumatları götürsək, ruslar artıq KXDR-dən bir milyon yarım sursat idxal edib, lakin onu da qeyd edək ki, bu sursatlar 1970-1980-ci illərə aiddir. Onların yarısı işləmir, qalanları isə ya bərpa olunmalı, ya da istifadə etməzdən əvvəl baxışa təqdim edilməlidir”, - deyə o, “İnterfaks-Ukrayna” agentliyinə müsahibəsində bildirib.

Skibitsky Şimali Koreya üçün faydaların nə olduğunu da açıqlayıb: “O, köhnəni verir, istehsalını artırmağı xahiş edir və müqabilində müdafiə-sənaye kompleksini inkişaf etdirmək üçün müəyyən texnologiyalar, xüsusən də raket texnologiyaları, sualtı qayıqların istehsalı texnologiyaları tələb edir”, - deyə o bildirib.

Cənubi Koreyanın BMT-dəki nümayəndəsi Hvanq Junq-kuk bildirib ki, Şimali Koreya öz yaxın mənzilli ballistik raketlərini Rusiyaya təhvil verərək, Ukraynadan nüvə gücünə malik raketlərin sınaq meydançası kimi istifadə edir. O xatırladıb ki, Şimali Koreyanın təqdim etdiyi qısa mənzilli raketlər dekabr və yanvar aylarında Ukraynaya atılıb.

Kəşfiyyat Şimali Koreyanın Rusiya Federasiyasına daha 1 milyon artilleriya mərmisi ötürmək niyyətini təsdiqləyib. Bu barədə prezident Vladimir Zelenski Avropa Şurasının xüsusi iclasındakı çıxışında deyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »