Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiya İmperatoru Əlahəzrət Naruhitonun ad günününə həsr olunmuş ziyafətdə səfir çıxış edib - Video
Yaponiya İmperatoru Əlahəzrət Naruhitonun ad günününə həsr olunmuş ziyafətdə səfir çıxış edib - Video

Yaponiya İmperatoru Əlahəzrət Naruhitonun ad günününə həsr olunmuş ziyafətdə cənab səfir Vatanabenin nitqini və müsahibəsini sizinlə bölüşürük.

Zati-aliləri, Nazir müavini Elnur Məmmədov cənabları,

Səfir həmkarlarım və onların həyat yoldaşları,

Hörmətli qonaqlar, xanımlar və cənablar,

63 yaşı tamam olan Yaponiya İmperatoru Əlahəzrət Naruhitonun ad günü münasibətilə keçirilən ziyafətdə hamınızı səmimi qəlbdən salamlayıram və bu gün, burada, Əlahəzrət İmperatorun ad gününü Yaponiyanın çoxsaylı dostları ilə birlikdə qeyd etməkdən məmnunam və şərəf duyuram.İlk öncə, ötən yanvar ayında Yaponiyanın Noto yarımadasında baş vermiş zəlzələdə dünyasını dəyişmiş şəxslərin doğma və yaxınlarına dərin hüznlə başsağlığımı bildirir, zərər çəkmişlərə ürəkdən şəfqət diləyirəm. Bundan əlavə, fürsətdən istifadə edərək, Azərbaycandakı dostlardan və digər müxtəlif xalqlardan gələn çoxsaylı səmimi dəstək sözlərinə görə də minnətdarlığımı bildirmək istəyirəm. Bu yaxınlarda baş vermiş fəlakət Bakının Xətai rayonu ilə qardaşlaşmış İşikava prefekturasının Şika şəhərinə də xeyli ziyan vurmuşdur. Fəlakətə məruz qalmış ərazilərin və insanların bu təsirdən tez bir zamanda bərpa olunacağına səmimi qəlbdən inanıram və qarşıdakı zamanlarda şəhərlərimiz arasında mübadilənin davamlı olmasını ürəkdən arzulayıram.

Azərbaycan və Yaponiya arasındakı ümumi dostluğa nəzər saldıqda aydın olur ki, 1992-ci ildə diplomatik münasibətlərin əsası qoyulmasından bəri ikitərəfli münasibətlərimizin tarixçəsi bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni və təhsil sahələrində inkişafın şahidi olmuşdur. Bu cür fəal əməkdaşlıq və insanlar arasında canlı mübadilələr xalqlarımız arasında möhkəm əlaqələr yaratmışdır. Şübhəsiz ki, bu əvəzsiz münasibətlərin əsası Zati-aliləri Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. Zati-aliləri Prezident İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə ürəkdən təbrik edirəm. Zati-alilərin prezident kimi fəaliyyətinin 20 illiyini qeyd etdiyi bir vaxtda onun yenidən böyük dəstəklə seçilməsi Azərbaycan üçün yeni eranın başlanğıcını göstərir.

Həqiqətən də, bu il Azərbaycanın COP29-a ev sahibliyi etmək qərarı bu yeni eranın başlanğıcı kimi böyük əhəmiyyət kəsb edir və mən, Azərbaycanın dostu olaraq bu qərarı ürəkdən alqışlayıram. Azərbaycan 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” kimi elan etmişdir. Yaşıl cəmiyyətin yaradılması yaxın illərdə təkcə Azərbaycan üçün deyil, həm də bütün dünya üçün mühüm çağırışdır. Mən Azərbaycanın bu problemlərin həllində, xüsusilə enerji siyasəti kimi sahələrdə qabaqcıl rolunu səbirsizliklə gözləyirəm və ümid edirəm ki, Yaponiya öz təcrübəsindən, texnoloji bilik və bacarıqlarından istifadə edərək, gələcəkdə birlikdə bu çağırışların həllində dəstək ola bilər.

2025-ci ildə Yaponiyanın Osaka şəhərində “EXPO 2025” sərgisinin mövzusu “Həyatımız üçün gələcək cəmiyyəti formalaşdıraq” olacaqdır. Əminəm ki, bu platforma bəşəriyyətin ümumi problemlərinin həlli, dünyanın kollektiv müdrikliyinin, o cümlədən qabaqcıl texnologiyaların toplanması, yeni ideyaların yaradılması və yayılmasının təşviqi üçün mayak rolunu oynayacaqdır.

Yekun olaraq bugünkü ziyafətdə iştirakınıza görə səmimi qəlbdən təşəkkürümü bildirmək istəyirəm. Suşi və digər yapon təamlarından başqa, “Tate” kimi tanınan ənənəvi Yapon qılıncla döyüş səhnəciyini sizlərə təqdim edəcəyik. Girişin yaxınlığında Yapon şirkətlərini təqdim edən sərgi stendləri də təşkil olunmuşdur. Bugünkü tədbir sizə Yapon mədəniyyəti və texnologiyası ilə tanışlıq şansı yaratmış olarsa, çox məmnun olaram.

Sonda, İmperator Ailəsinin daimi firavanlığı, Yaponiya ilə Azərbaycan arasında möhkəm dostluğa və buradakı bütün hörmətli qonaqların cansağlığı üçün dua edərək, nitqimi sonlardırmaq istərdim. Diqqətinizə görə təşəkkür edirəm.

Son xəbərlər
Bütün xəbərlər »