Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya: "Biz Ukraynanın yanında olmağa davam edəcəyik"
Almaniya: "Biz Ukraynanın yanında olmağa davam edəcəyik"

Almaniyanın xarici işlər naziri Annalena Berbok xalqı yenidən azadlıqda yaşayana qədər Ukraynanın yanında olacaqlarını bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Annalena Berbok Braziliyada keçiriləcək G20 Xarici İşlər Nazirləri Toplantısından əvvəl verdiyi yazılı açıqlamada bildirib.

“Rusiya prezidenti Vladimir Putin Ukraynaya ölçüyəgəlməz zərbələr vurmaqda davam edir və sözün əsl mənasında orada insanların başına silah dayadır. Əgər Putin düşünürsə ki, 2 ildən sonra dünya Ukraynadakı müharibəyə və onun dramatik qlobal nəticələrinə görə kimin məsuliyyət daşıdığını unudacaq, yanılır. Biz heç vaxt BMT-nin fundamental prinsiplərindən əl çəkməyəcəyik və lazım olduğu qədər, xalqı yenidən sülh və azadlıq içində yaşayamağa başlayana qədər Ukraynanın yanında olacağıq. Ölkəmiz sona qədər Kiyevə lazımi köməklik göstərməyə davam dedəcək”, - deyə alman nazir qeyd edib.

Baerbok beynəlxalq hüquqa sadiqliyi ilə Rusiya hökuməti kimi yalnız ən güclülərin hüquqları ilə maraqlanan dünya aktorlarının amansızlığına qarşı olduqlarını vurğulayıb. Almaniyalı nazir həmçinin qeyd edib ki, hazırda Dünya Bankının mandatına iqlimin qorunması daxildir və Afrika İttifaqının G20-də iştirakı gecikmiş, lakin mühüm addımlardır.

G20 toplantısında Rusiya-Ukrayna müharibəsi, İsrailin Qəzzaya hücumları və Yaxın Şərqdəki gərginlik kimi mühüm məsələlər sırasına daxildir.

Qeyd edək ki, sammitdə Türkiyə, Almaniya, Fransa və ABŞ-dan başqa Rusiya və Çin də iştirak edir. G20 ölkələri dünya əhalisinin 60 faizini, qlobal iqtisadi gücün təxminən 80 faizini təşkil edir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »