Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Allah sizə rəhmət eləsin dirilər"... Dəbdəbəli, "göz oxşayan" qəbiristanlıqlar qanunla "tarix"ə qovuşacaq
"Allah sizə rəhmət eləsin dirilər"... Dəbdəbəli, "göz oxşayan" qəbiristanlıqlar qanunla "tarix"ə qovuşacaq

“Kimliyindən asılı olmayaraq, hər kəsin qəbri eyni fomada və eyni qiymətdə olacaq”. Bu fikri Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Siyavuş Novruzov deyib. Deputat həmçinin deyib ki, bununla bağlı qanunvericiliyə dəyişikliklər müzakirə edilir.

Yəqin ki, qəbiristanlığa gedəndə bəzi ərazilərin xüsusi çəpərə alındığını, sanki ailə qəbiristanlığı salındığını görmüsünüz. Sanki bu məzar sahibləri demək istəyir ki, "biz zəngin olmuşuq, öldükdən sonra da zənginliyimizi siz dirilərin gözünə soxmaq istəyirik". Ya da bunu o məzarda rahat yatmaq istəyən şəxslərin ailəsi, qohum əqrəbası bu üsulla deyir...

Deputat deyib ki, qəbiristanlığın belə "göz oxşaması" qanunla qadağandır. Siyavuş Novruzov həmçinin deyib ki, qəbiristanlıqlar bəlıdiyyələrin balansında olacaq və qiymət də hamı üçün vahid qiymət olacaq. Deputat deyib ki, öldükdən sonra yalnız ər-arvadın, arvad ərin yanında basırıla bilər və qalan ailə üzvləri üçün öncədən yer götürmək olmaz.

Təbii ki, mövzu maraqlı və aktual mövzudur. Çünki bəzi qəbiristanlıqların ərazisinə girdiyimiz zaman 2-3 lövhəli, kitab kimi açılan məzarlar az qallr gözümüzə girə. Sanki bu məzarlarda yatanlar digərlərinə demək istəyir ki, "nə olsun ki, eyni torpağın altındayıq, mənim abidəm, büstüm, məzarəm ki, səndən üstündür"... Ya da onların əvəzindən bu "mənzərə"ni hazırlayanlar deyir...

Bu məsələyə dövlətin xüsusi yanaşması təqdirəlayiqdir. Çünki təkcə məzarda yatanlar deyil, həmin məzar sahibinin yaxınları da qəbisranlıqlarda öz üstünlüklərini çox zaman göstərməyə çalışırdılar. Deputatın da dediyi kimi sanki ailə qəbiristanlıqları salırdılar.

Sadəcə maraqlı bir məqam var. Əgər məzar yeri eynidirsə, o zaman yenə yaxını ölən şəxs bir neçə məzar yerinin pulunu verib həmin ərazini ala bilər. Bu məsələ necə tənzimlənəcək? Bu da dövlətlə məzar sahibləri arasında olan bir məsələdir...

Mənim diqətimi çəkən, digər məsələdir: Dəbdəbəli məzarların sahibləri... Daha doğrusu dəbdəbəli məzarlarda yatanların yaxınları...

Bəzən olur ki, yaxınına, ana-atasına sağlığında dəyər verməyən bəzi şəxslər onlarl itirdikdən sonra dəbdəbəli məzar daşı qoyaraq, vicdan əzabından qurtulmağa çalışırlar. Ya da ki, bu da göstərişdir. Bahalı qəbir daşı qoyurlar ki, camaat desin ki, “filankəsin oğlu, qızı, ana-atasına yaxşı baxırdı, sən bir məzar daşına bax və düşün ki, sağlığında necə dəyər görüb”...

Bəzi insanlar da var ki, sağlığlnda özü üçün məzar qazdırır, dəbdəbəli başdaşı qoydurur. Bilir ki, böyütdüyü uşaqların vecinə də olmayacaq...

Nə bilim vallah, insanları başa düşmək olur ki? Həyatı mal yığmaq, var-dövlət sahibi olmaq üçün çırpınırıq, axırda da bir parça torpaq... İndi onu da hamı üçün eyniləşdirirlər. Yəni artıq qəbirstanlıqda varlı olduğunuzu da heç kim bilməyəcək...

...Buyurun, qanuna müdaxilə edin. Kim sizin ölü haqlarınıza toxuna bilər?

Ölülər onsuz da, Allahın rəhmətinə qovuşub. "Allah sizə rəhmət eləsin dirilər"...

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »