Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin milli təyyarəsi "KAAN" ilk uçuşunu həyata keçirib
Türkiyənin milli təyyarəsi "KAAN" ilk uçuşunu həyata keçirib

"Milli döyüş təyyarəsi “KAAN” bu gün ilk uçuşunu uğurla həyata keçirib. KAAN ilə Türkiyə 5-ci nəsil döyüş təyyarələri ilə ölkələr arasında yerini aldı".

Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, Türkiyə Aerokosmik Sənayesi tərəfindən həyata keçirilən ölkənin ən əhəmiyyətli texnologiya layihələrindən biri olan “KAAN”ın uçuşu üçün bütün sınaqlar tamamlanıb. “KAAN” bu gün ilk uçuşunu uğurla həyata keçirib.

Bu günə qədər “KAAN”ın ejeksiyon oturacağı testləri, tam uzunluqlu statik sınaqlar, idarəetmə səthlərinin ətalət və statik sınaqları, eniş mexanizmlərinin düşmə testləri, sistem inteqrasiyası laboratoriyasında avionik sistem sınaqları, yanacaq sınaqları və mühərrikin işə salınması sınaqları həyata keçirilib.

“KAAN” 17 mart 2023-cü ildə anqardan ayrılaraq uçuş-enmə zolağına yollanıb. Türk mühəndisləri tərəfindən son 9 ayda səmaya çatdırılmaq üçün hazırlanıb. Onun ilk uçuş missiyasının sınaqları uğurla başa çatıb. Dizaynı və istehsalı ilə milli olan “KAAN”ın qanadlarının uzunluğu 14, hündürlüyü 6 metr, uzunluğu isə 21 metrdir. Kokpit bir nəfər üçündür. Onun qoşa mühərrikləri, yüksək manevr qabiliyyəti, radara az görünməsi, hava gəmisində silah daşıma qabiliyyəti və elektron döyüş qabiliyyəti “KAAN”ın diqqət çəkən xüsusiyyətlərindəndir.

Türkiyə “KAAN” ilə 5-ci nəsil döyüş təyyarələri ilə ölkələr arasında yerini aldı. Milli döyüş təyyarəsi hər cür hava-hava və yer-yer hədəflərinə strateji hücum imkanı verəcək. O, yüksək hava döyüş məsafəsi və səsdən yüksək sürətlə dəqiq və tam vuruş xüsusiyyətləri ilə fərq yaradacaq.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »