"Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısı bu ilin iyul ayında Şuşa şəhərində baş tutacaq". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi mətbuat konfransında bildirib.
Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türk Dövlətləri Təşkilatının Zirvə toplantısının Şuşada keçirilməsi Cənubi Qafqazda Azərbaycanın geosiyasi mövqeyinin gücləndiyini, həmçinin Azərbaycan bununla məhz Türk Dövlətləri Birliyi çərçivəsində siyasətini həyata keçirdiyini nümayiş etdirir.
“Məhz Azərbaycan prezidenti Cənab İlham Əliyevin qeyd etdiyi kimi “bizim yolumuz, ailəmiz yalnız Türk dünyasıdır”. Ona görə də Azərbaycan yeni siyasi nizamda məhz türk dövlətləriylə birlikdə addımlamaq strategiyasını həyata keçirir. Amma bunun Şuşada keçirilməsinin də bir rəmzi mənası var. Birinci Azərbaycanla Türkiyə arasında Şuşa bəyannaməsi imzalanıb. Həmçinin Azərbaycan, məhz Türk dövlətlərini həmçinin dünyanın nəzərini işğaldan olunmuş ərazilərə yönəldib. Çünki erməni vandalları, terrorçuları 30 il ərzində işğal olunmuş ərazilərdə vəhşilik həyata keçirdib. Bütün mədəni, irsi abidələri dağıdılıb. Yəni tədbirin Şuşada keçirilməsi ilə də Azərbaycan dünyaya bunu göstərir. Həmçinin Azərbaycan göstərir ki, bu ərazilər tarixi Azərbaycan torpağıdır. Azərbaycanın burada suverenliyi ölməzdir, əbədidir”-deyən politoloq vurğulayıb ki, Türk dövlətləri də artıq Qarabağa nəzərlərini salmaqla bu diyarın yenidən dirçəlməsi üçün yeni bir biznes imkanlarını da orada təmin edə bilərlər.
Politoloqun fikrincə, Şuşada Türk Dövlətləri Şurasının Zirvə toplantısının keçirilməsində Azərbaycanın bir çox strateji məqsədi var.
İradə Cəlil, Bizimyol.info