Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya azərbaycanlı “qanuni oğrular” ı ölkdən deportasiya edir
Rusiya Federasiyası ölkədə keçiriləcək 2018-ci il futbol üzrə dünya çempionatının yaxınlaşması ilə əlaqədar “qanuni oğruların” kütləvi şəkildə sürgününə başlayıb.

Minval.İnfo xəbər verir ki, bu haqda məlumatı Rusiya nəşriyyatı “Komsomolskaya Pravda” verib.

Məlumatda qeyd olunub ki, “qanuni oğrular”ın ölkədən deportasiyası qərarını Daxili İşlər naziri Vladimir Kolokoltsev özü şəxsən verib.

Hazırda Gürcüstana sürgün ediləcək 51 yaşlı Aslan Kobuladze və Suliko Şakiradze, Qırğızıstana isə 43 yaşlı Kamçibek Kolbaevin deportasiyası ilə bağlı işlər gedir.

Daha öncə isə Ruiyadan Gürcütana Bauka Paçuliya Azərbaycana isə Dadaş Bakinski sürgün edilib. Məlumatda o da qeyd olunub ki, bu gün Rusiyada aktiv şəkildə fəaliyyət göstərən 432 “qanuni oğru” var. Onlardan 318 -i azadlıqda, 114-i məhkum edilib, 31-nin işi istintaqa cəl edilib, 19 –u isə axtarışa verilib.

“Kriminal avtoritetlər” arasında ən çox Gürcüstan vətəndaşı(242) nəfər yer alıb. Daha sonra isə 51 Rusiya, 30 Ermənistan, 16 Azərbaycanlı, 10 Abxaziya, 8 Çeçenistan, 7 İsrail vətəndaşının olduğu bildirilir.

“Deportasiya rəsmi olaraq axtarış kodeksinə əsasən aparılır. “Qanuni oğrular” daha çox dələduzluğa, narkotik ticarətinə görə həbs olunur. Həbs müddəti bitdikdən sonra isə, onlar Rusiyadan uzaqlaşdırılır”- deyə Rusiya nəşriyyat bildirib.

Son xəbərlər
Bütün xəbərlər »