Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ailə üzvlərini xüsusi amansızlıqla öldürən Əhməd Əhmədovun sürücülük hüququ ilə bağlı BDYPİ-dən açıqlama
Ailə üzvlərini xüsusi amansızlıqla öldürən Əhməd Əhmədovun sürücülük hüququ ilə bağlı BDYPİ-dən açıqlama

Ailə üzvlərini xüsusi amansızlıqla öldürən Əhməd Əhmədovun taksi sürücüsü kimi fəaliyyət göstərməsi yönündə iddialar var. Şəxsin yaxın ətrafının mətbuata verdiyi açıqlamaya görə, Əhməd Əhmədov atasının avtomobilindən taksi fəaliyyəti üçün istifadə edib. Hər nə qədər valideyni ona bu icazəni vermiş olsa da, şəxsin psixoloji vəziyyətini nəzərə alsaq, onun istər taksi, istər avtobus, yaxud hər hansı bir ictimai sahədə fəaliyyət göstərməsi, digər insanların da həyatını bu müddət ərzində ciddi təhlükə altında qoyub.

  • Əhməd Əhmədov həqiqətən də taksi sürücüsü kimi fəaliyyət göstəribsə, nəqliyyatın idarə edilməsi üçün sürücülük vəsiqəsini rahatlıqla əldə etməsinə hansısa şirkətlər və qurumlar niyə göz yumub?
  • Bu şəxsin ictimai xidmət fəaliyyəti göstərib, göstərə bilməməsi yönündə həm BDYPİ, həm taksi şirkətləri, həm də ictimai nəqliyyata nəzarət etməli olan orqan ondan sağlamlığı haqda sənəd tələb edibmi?
  • Əgər Əhməd Əhmədovun sağlamlıq vəziyyəti ilə əlaqədar səhiyyə orqanının öncədən rəyi olubsa və adı çəkilən şəxs müalicə görübsə, onda bu məlumat sürücülük vəsiqəsi verən qurumla paylaşılmalı deyilmi?

Qaranlıq qalan suallarla əlaqədar BDYPİ-dən Bizimyol.info xəbər portalına bildirilib ki, hadisənin istintaq müddətində sürücülük vəsiqəsinin şəxsə verilib-verilməməsi ilə bağlı BDYPİ heç bir məlumat verə bilməz.

Mübariz Ağayev Mübariz Ağayev

"Beş nəfəri qətlə yetirən şəxs barəsində istintaq tədbirləri aparılır. Bununla bağlı istintaq orqanları yəqin ki, müvafiq açıqlama verəcək. Bizim həmin şəxs barədə məlumat vermə səlahiyyətimiz yoxdur. Sürücülük vəsiqəsinin verilməsi ilə əlaqədar axı, biz səhiyyə orqanı deyilik ki, onun səhhəti barədə məlumat verək. Əgər onun belə bir problemi olubsa, sonradan səhiyyə orqanlarından bizə belə bir məlumat daxil olur. Bir daha qeyd edirəm ki, həmin şəxs haqqında əlavə məlumatlar vermək kimi bir səlahiyyətimiz yoxdur" - deyə, BDYPİ rəsmisi Mübariz Ağayev bildirib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »