Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hava limanında mumiyalanmış meymun cəsədi aşkarlanıb: "Yemək üçün gətirmişəm"
Hava limanında mumiyalanmış meymun cəsədi aşkarlanıb: "Yemək üçün gətirmişəm"

ABŞ-ın Massaçusets ştatının Boston şəhərindəki Loqan Beynəlxalq Hava Limanında adi yoxlamalar zamanı gömrük əməkdaşları Konqo Demokratik Respublikasından (DRC) ABŞ-a gedən sərnişinin baqajında ​​meymun qalıqları aşkar ediblər.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, ABŞ Gömrük və Sərhəd Mühafizəsi tərəfindən verilən açıqlamada, xüsusi təlim keçmiş "K9" iti "Buddey" sayəsində yanvarın 8-də baş verən hadisədə 4 meymunun qalıqlarının tapıldığı bildirilib.

Səlahiyyətlilər, şəxsiyyətini açıqlamadıqları sərnişinin Konqo Demokratik Respublikasına getdikdən sonra oaradan Parisdə birləşdirici reysi ilə ABŞ-a qayıtdığını bildirib.

Bildirilib ki, ilkin sorğu zamanı sərnişin çamadanında qurudulmuş balıq olduğunu deyib, lakin sonradan aparılan müayinələr nəticəsində ümumi çəkisi 4 kiloqram olan mümyalanmış meymun cəsədi aşkar edilib.

ABŞ Gömrük və Sərhəd Mühafizəsinin sözçüsü Rayan Bissette bildirib ki, sərnişin daha sonra meymunları yemək üçün özü ilə apardığını deyib.

Bissette vəhşi heyvan ətinin "Ebola" kimi epidemik xəstəliklərə səbəb ola biləcəyi üçün ölkəyə girişinin qadağan edildiyini xatırladaraq, meymun cəsədlərinin ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri tərəfindən məhv ediləcəyini bildirib. Qurum rəsmisi bildirib ki, sərnişinlə bağlı heç bir hüquqi tədbir başlanmayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »