Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Katarina Barli: "Aİ öz nüvə silahını inkişaf etdirmək barədə düşünə bilər"
Katarina Barli: "Aİ öz nüvə silahını inkişaf etdirmək barədə düşünə bilər"

Keçmiş Amerika lideri Donald Trampın son bəyanatları fonunda Avropa İttifaqı (Aİ) özünün nüvə silahı proqramını inkişaf etdirməyi düşünə bilər.

Bizimyol.info xəbər verir ki, bu fikri Avropa Parlamentinin (AP) sədr müavini Katarina Barli Almaniyanın “Tagesspiegel” qəzetinə müsahibəsində deyib.

Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq istəyən Tramp fevralın 10-da NATO liderləri ilə görüşlərindən birini xatırladıb. Onun sözlərinə görə, o zaman prezidentlərdən biri ondan soruşub ki, əgər hər hansı bir ölkə NATO-ya müdafiə ödənişi etməsə, Birləşmiş Ştatların Rusiya Federasiyası tərəfindən ehtimal edilən təhlükə olduğu halda alyansı müdafiə etməyəcəkmi?

Tramp belə bir ölkəni müdafiə etməyəcəyini və əksinə, Rusiya Federasiyasını onlara qarşı istədiyini etməyə təşviq edəcəyini deyib. O, bu söhbətin nə vaxt və harada baş verdiyini, liderlərdən hansının ona belə bir sual verdiyini açıqlamayıb.

“NATO indi Avropanın düşmənlərinin nüvə silahının qarşısının alınmasına cavabdehdir. NATO-nun baş katibi Yens Stoltenberqin düzgün qeyd edib ki, bu öhdəlikləri yerinə yetirməkdə davam etmək amerikalıların maraqlarına uyğundur. Donald Trampın son açıqlamalarını nəzərə alsaq, artıq buna arxalana bilmərik. Bu məsələ Aİ-də Ümumavropa ordusunun yaradılması yolunda müzakirəyə çıxarıla bilər”, - deyə qeyd edib.

Siyasətçi həmçinin bildirib ki, ümumavropa ordusunun “mümkün qədər tez yaradılması” lazımdır, lakin bu ideyanın həyata keçirilməsi “vaxt tələb edir”. AP sədrinin müavininin fikrincə, hazırkı mərhələdə əsas prioritetlər ümumavropa hava hücumundan müdafiə sisteminin formalaşdırılması, Avropanın “Səma qalxanı” təşəbbüsü və ümumavropa silah alışı mexanizminin yaradılması olmalıdır. Arley onu da qeyd edib ki, ABŞ Ukraynaya hərbi yardımın göndərilməsini dayandırarsa, Aİ onun icrasına görə məsuliyyəti öz üzərinə götürməlidir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »