Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden: "Qəzzadakı qarşıdurmada 27 mindən çox dinc fələstinli həlak oldu"
Bayden: "Qəzzadakı qarşıdurmada 27 mindən çox dinc fələstinli həlak oldu"

ABŞ prezidenti Co Bayden, İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda çoxlu sayda fələstinli mülki vətəndaşın həlak olduğuna diqqət çəkərək, İsrailin hərtərəfli və məqbul bir plan olmadan Rəfaha girməsinə qarşı olduqlarını bildirib.

Bizimyol.info xəbər verir ki, "AA"nın verdiyi məlumata görə, ABŞ prezidenti Bayden İordaniya kralı II Abdullah ilə görüşündən sonra Ağ Evdə birgə mətbuat konfransı keçirib.

Qəzza və Yaxın Şərqdəki mövcud hadisələri hərtərəfli müzakirə etdiklərini qeyd edən Bayden, Kralla aralarında yaxın və səmimi, iki ölkə arasında ortaq maraqlara əsaslanan güclü əlaqənin olduğunu qeyd edib.

İsrailin Qəzzaya hücumlarına işarə edən Bayden: "Son 4 aydır davam edən müharibədə Fələstin xalqı ağlasığmaz ağrı və itkilər yaşadı. Bu qarşıdurmada minlərlə günahsız fələstinli uşaqlar, qadınlar və yaşlıların olduğu mülki vətəndaş həyatını itirdi", - deyib.

Yüz minlərlə fələstinlinin qida, su və digər əsas ehtiyacları əldə edə bilmədiklərini qeyd edən Bayden: “Bir çox ailələr təkcə bir deyil, çoxlu qohumlarını itiriblər və hətta onlar üçün yas saxlaya bilmirlər və ya dəfn edə bilmirlər, çünki bunu etmək təhlükəsiz deyil. Qəzzada hər bir günahsız insanın itkisi faciədir", - deyə qeyd edib.

Digər tərəfdən ABŞ prezidenti bölgədəki müttəfiq ölkələr olan İsrail və HƏMAS arasında ən azı 6 həftə davam edə biləcək humanitar fasilə üzərində çalışdıqlarını və həm girovların dəyişdirilməsini, həm də Qəzzaya humanitar yardımın çatdırılmasını təmin etməyi hədəflədiklərini bildirib.

Bayden, İsrailin yaxşı hazırlanmış bir plan olmadan Rəfaha girməməsi ilə bağlı sözlərini təkrar edərək, 1 milyondan çox insanın sığındığı Rəfahdakı mülki əhalinin qorunmasının şərt olduğunu vurğulayıb.

Bayden: "Qəzzada bir çox insan didərgin düşüb, bir neçə dəfə şimaldan cənuba gediblər və indi orada qalıblar, bu insanlar qorunmalıdır. Fələstinlilərin Qəzzadan köçürülməsinə qarşıyıq", - deyə o qeyd edib.

İordaniya Kralı II Abdullah da qeyd edib ki, Qəzzada vəziyyət indi dayanıqlı olmayan humanitar böhrana çevrilib: “Biz İsrailin Rəfahda hücumuna imkan verə bilmərik, bu, şübhəsiz ki, daha bir humanitar dağıntı yaradacaq. Dərhal daimi atəşkəsə ehtiyacımız var, bu müharibə bitməlidir", - deyə Kral Abdullah bildirib.

Qəzzaya humanitar yardımın təcili çatdırılmasının vacibliyini vurğulayan Kral Abdullah, ABŞ və region ölkələri ilə bu məsələ və girovların dəyişdirilməsi razılaşması üzərində çalışdıqlarını qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »